“İndiki anda əsil təhlükə İŞİD-dir”
MKİ və MTA-nin keçmiş rəhbərinin sözlərinə görə, İraq və Suriyanın dirçəldilməsi uğrunda mübarizəyə indiki Amerika yanaşması iflasa məhkumdur və başqa siyasətin işlənib hazırlanmasına imkan vermir. HHQ generalı Maykl Hayden Buşun dönəmində Amerika kəşfiyyatıınn birinci simalarından biri idi. O, 1999-2005-ci illərdə Milli Təhlükəsizlik Agentliyinə baçılıq edib, 2005-2006-cı illərdə milli kəşfiyyat üzrə direktorun müavini, 20005-2009-cu illərdə isə Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru olub. O, bu gün sənaye təhlükəsizliyi sahəsində fəaliyyət göstərən özəl “Chertoff” şirkətinin müşaviridir.
Le Figaro: Siz qızğın 1999-2009-cu illərdə MTA və MKİ-nin başında durubsunuz. Bu gün dünya daha da təhlükəli olubmu?
Maykl Hayden: Dünya mənim birinici hərbi karyeram dövründə daha təhlükəli idi. Kuba böhranı, Amerika və sovet əsgərlərinin çarli çekpoyntu yanında durduğu zaman, 1973-cü ildə Yaxın Şərqdəki böhran zamanı nüvə güclərimizin döyüş hazırlığı… Lakin dünya hələ heç vaxt indiki qədər qədər mürəkkəb olmayıb. Xüsusən də Yaxın Şərqdə – nə zamansa İraq və Suriya adlanmış dövlətlərin ərazisində. Orada İŞİD və “Əl-Qaidə”, kürdlər, sünnilər, şiələr və ələvilər var. Siz “Əl-Qadə” problemini həll etməyə başlayırsınız, lakin elə bu yöndə addım atan kimi, qalan bütün durum kəskinləşir…
– Amerikanın Yaxın Şərqə təsiri zəifləyir?
– Siyasət yürütmək asan iş deyil. Gəlin, həqiqətin üzünə baxaq: Suriya kimi daha İraq da mövcud deyil. Livan parktik olaraq, dağılıb, elə Liviya da. Avropa dövlətlərinin 1916-cı ildə Sayks-Piko sazişinə əsasən xəritədə cızdığı bu dövlətlər heç zaman mövcud gerçəklikləri əks etdirməyib. Lakin bu gerçəkliklər indi özünü kəskin şəkildə yada salır. Bölgədə sabitsizlik hələ 20-30 il qalacaq. Hara irəlilədiyimizi demək çətindir. Lakin düşünürəm ki, bu dövlətlərin dirçəldilməsi siyasəti baş tutmayacaq.
– Bununla belə, Amerika administrasiysı İraqın birliyini qoruyub saxlamağa cəhd edir…
– İndiki administrasiyanın rəsmi siyasəti, həqiqətən də, bu cürdür. Həm də bu, bizim qərarlara, o cümlədən kürdlərə silah verilməsinə təsir edir. Mənə elə gəlir ki, kürdlər bölgədə bizim ən yaxşı müttəfiqimizdir. Və onlar istənilən şəraitdə belə də qalacaqlar, çünki Qərblə alyansda maraqlıdırlar. Əgər İraq və Suryanın dirçəldilməsi ilə əl-qolumuzu bağlasaq, problemi ancaq kəskinləşdirərik. Məgər İraq ordusu Ənbarı geri qaytaramağa cəhd edir? Xeyr! Mosulu qaytarmağı bacararmı? Bu, heç zaman baş verməyəcək. Tikriti isə İran zabitlərinin şiə dəstələrinə dəstəyi sayəsində geri almaq mümkün oldu. Suriyaya gələk: gələcəkdə onun yenidən vahid bir dövlət olacağını təsəvvür edə bilirsinizmi? Ola bilsin ki, Suriya və İraqın BMT-də kresloları qalıb. Lakin bu ölkələr daha yoxdur…
– İraqı mərkəzsizləşdirilmiş federal dövlət kimi təsəvvür etmək olarmı? Bəzi müşahidəçilər güman edirlər ki, mümkün qərar məhz bundan ibarətdir, çünki İran və Türkiyə kimi bölgə dövlətləri müstəqil Kürdüstanı heç vaxt qəbul etməyəcək… Lakin Amerikadan özgə bu layihəni kim dəstəkləyəcək?
– Amerika dəstəyi artıq son dərəcə çox şeydir! Mən bölünmə ilə bağlı narazılığı anlayıram… Lakin keçmişə boylansanız, görərsiniz ki, Osmanlı imperiyası dönəmində İraq üç yerə – kürd, sünni və şiə vilayətlərinə bölünmüşdü: Mosul, Bağdad və Bəsrə. İndiki anlamda İraq mövcud olmayıb. Bu gerçəkliklərlə hesablaşmamaq olmaz. Təkrar edirəm, mənə elə gəlmir ki, İraq və Suriya bərpa edilməlidir. Başqa alternativlər lazımdır. Mən məhz buna görə kürdləri birbaşa silahlandırmağı təklif edirəm.
– Kürdlərin Kürdüstanı müdafiə etməyə gücləri çatar, lakin İŞİD-ə qalib gələ bilməzlər. İŞİD-lə necə döyüşmək olar?
– Hər şeydən əvvəl, onu zəiflətmək üçün zərbələr endirmək lazımdır. Bizim müdafiə olunmaq haqqımız var! Aviasiyanı işə salaq, logistikanı, qərargahları, komandirləri hədəfə götürmək lazımdır. İkincisi, onun genişlənməsinin qabağını almaq lazımdır, çünki İŞİD-in Sinaya doğru irəliləməsi Rakkinin işğalından daha qorxuludur. Müttəfiqlərimizi – ərəbləri, misirliləri, türkləri, əmirlikləri müdafiə etməyimiz lazımdır… üçüncüsü, onlarla ilahiyyat planında mübarizə apara biləcək müsəlmanlara yardım etməliyik. çünki İslam qarşıdurmanın lap mərkəzindədir.
– Nəyi nəzərdə tutursunuz?
– Hazırda İslamda baş verən mübarizələr xristianlığın XVII əsrdə Otuzillik müharibə dövründə yaşadığı ilə müqayisə olun bilər. Tarixçilər çağdaş Avropanın çıxış nöqtəsini dövlətlə kilsənin ayrılmasını müəyyən edən Vestfal sülh müqaviləsindən götürürlər. İslam bu güzəştə getməyib və ola bilsin, heç vaxt getməyəcək. Bu barədə bizə heç nə məlum deyil. Lakin bugünkü mübarizənin İslamla bağlı olmadığını demək səhv olardı. Bütün müsəlmanları və bütün İslamı əhatə etməsdə də, İslamla birbaşa bağlıdır. Biz mötədil qüvvələrə kömək etməliyik.
– Bəs İslamdakı bu mötədil qüvvələr haradadır?
– Bir az aralıda mövcuddur. Qoy Misir pezidenti əs-Sisi olduqca sərt daxili siyasət aparsın, lakin əl-Əhzər universitetində İslamda inqilaba çağıraraq görkəmli bir çıxış etdi. Ehtimal ki, Qahirəyə hərbi yardımımızı məhz buna görə bərpa etdik.
-Sünnilər arasında həqiqi mənada etibarlı müttəfiqlərin olmaması nüvə proqramı üzrə saziş əldə ediləcəyi halda Obamanı İranla yaxınlığa itələyir?
– Bu sualı bizim hökumətimizə vermək lazımdır. Şəxsən mən hesab edirəm ki, 1979-cu il (Bu ildə həm “Əl-Qaidə” yaranıb, həm də İranda İslam inqilabı baş verib-red.) həm “Əl-Qaidə”, həm də İran üçün Qərblə münaqişənin qaçılmazlığını nəzərdə tutan ideoloji yanaşma ilə yadda qalıb.
– Axı İran təkcə ideologiya deyil, uzunmüddətli milli maraqları olan bir dövlətdir...
– Kissincer bir dəfə bu cür bir sual verdi: İran – ölkədir, yoxsa layihə? İnanmıram ki, İran rejimi buna cavab verməyə hazırdır…
– Yəni Tehranın nüvə proqramı üzrə imzalanmağa hazırlanan müqavilə Sizi narahat edir?
– Bu, məni çox narahat edir. Hətta İranla nüvə sənayesinə malik olan ölkə kimi düzgün tərtib edilmiş müqavilə onu nüvə silahından cəmi 12 aylıq məsafəyə qoyacaq. Müqavilə İranı yenidən dünya cəmiyyətinə qaytaracaq, lakin İran bölgəni sabitsizləşdirmək iddiasından əl çəkəcəkmi?
– Gəlin, Avropadan danışaq. Nəhayət, amerikalıllar başa düşürlər ki, İslam Avropa üçün sadəcə terror deyil, ekzistensional problemə çevrilrib?
– Mən MKİ-yə başçılıq edərkən, analitiklərim Avropanın gələcəyi barədə mümkün ssen
arilər hazırladılar. Onların iki ən radikalı xüsusən yadımda qalıb. Birinciyə görə, Avropaya istirahətə getmək xoş olacaq, çünki bu məkan özünəməxsus attraksionlar parkına çevriləcək və nüfuzdan məhrum olacaq. İkinciyə görə, adını Avrostan qoyacaq. Bu variant Amerikada açıq şəkildə lazımınca qiymətləndirilməyən Avropanın islamlaşdırılmasını vurğulayır.
– Rusiyanın Avropa təzavüzü Sizi narahat edirmi?
– Putin başını çox dik tutub, lakin əlində yaxşı kartlar yoxdur. Təcavüz uzunmüddətli yox, qısamüddətli perspektivdə ciddi problemlər doğurur. Rusiya sönən dövlətdir. Dövlətin bütün əsil atributları (inkişaf edən sənaye, biznes, demokratiya və hətta neft, qaz) qırmızı zolaqdadır. Rusiyanın yeganə təsir alətləri – BMT-də veto hüququ, silahlı və nüvə qüvvələrinin qalıqları sovet dövrünə gedib çıxır…
– Rusiya parlamentariləri 1991-ci ildə Rusiyanın Baltikyanı dövlətlərin müstəqilliyini tanımasının qanunsuzluğu xüsusunda şübhələrini bildirdilər…
– Baltikyanına bu cür təhdidin qaçılmaz olub-olmadığını demək çətindir. Rusiyanın NATO sərhədləri yanında bu təcavüzkarlığında və keçmiş böyüklüyü qaytarmaq cəhdlərində nəsə bir yazıqlıq var. Hərçənd ki, Krımdakı hərbi əməliyyatın yüksək professionalizmini etiraf etməyə bilmərəm. Bu, o deməkdir ki, ayıq-sayıqlığı itirməməliyik – xüsusən də qısamüddətli perspektivdə. Mən istərdm iki, Amerikanın Ukraynaya görə mövqeyi çox sərt olsun. Putinə öz gücünü yüksək qiymətləndirib axmaqlıq etmək imkanı vermək olmaz. Mən ukraynalılara silah verərdim!
– çin Güney çin dənizindəki siyasəti və yaxud kibermüharibə cəbhəsində Amerikanın düşməninə çevrilmirmi?
-çin Amerikanın düşməni deyil. Lakin münasibətlər rəqabətli və yaxud hətta münaqişəli olacaq. Şəxsən mən çinin ətraf dənizlərdəki fəaliyyəti və ABŞ-dakı kibercasusluğundan narahatam. Lakin başa düşməlisiniz ki, Amerika kəşfiyyatı onun gücünü qiymətləndirməkdənsə çinin struktur problemlərinin təhlilinə daha çox vaxt itirir. Demoqrafiya, ekologiya, sərvətlərin qeyri-bərabər bölünməsi… Əgər qarşımızdakı problemləri yekunlaşdırsaq, mən deyərdim ki, indiki anda əsil təhlükə İŞİD-dir. O, ciddidir, lakin Amerika üçün həyati önəm kəsb etmir. İran və nüvə silahının yayılması böyük təhlükə təşkil edir, lakin hələ müəyyən qədər vaxtımız var. Ən böyük təhlükə çindir, lakin burada da xeyli vaxtımız var. çin bizə düşmən deyil, amma gələcəkdə dünyanın təhlükəsizliyi üçün ən vacib məsələdir.
Lora Mandevil
“Le Figaro” (Fransa), 08.07.2015