XƏBƏR LENTİ

21 Oktyabr 2020
20 Oktyabr 2020

Digər Xəbərlər

29 İyul 2016 - 12:57

Danimarkalı siyasətçi:"Qərbə qarşı hücumların 95%-i müsəlman dünyasından qaynaqlanır"

qac

Katrine Blox

Politico (ABŞ), 29.07.2016

 

Müsəlman ölkələri sakinlərinin mühacirətini bir neçə illiyə tam dayandırmaq lazımdır. Danimarka Xalq Partiyası sədrinin müavini Sören Yespersen bunu "Berlingske" nəşrinə bildirib. O, Avropada, birinci növbədə Fransa və Almaniyadakı son terror hücumları fonunda müsəlmanalın mühacirətini 4-6 illiyə yasaqlamağı təklif edir.

“Müəyyən dövrdə İslam ölkələrindən qaçqın və mühacirlər üçün sərhədləri bağlamağımız gərəkdir. Avropaya terrorizm məhz bu ölkələrdən gəlir və bizə fasilə lazımdır ki, hadisənin miqyasını təhlil edək və hansı tədbirləri görəcəyimizi qət edək”, – deyə Sören müsahibəsində bildirib.

“Güman edirəm, buna şübhə yoxdur ki, keçən yay və payızda qaçqın adıyla İŞİD-in də elçiləri gəliblər. Bu insanlara nəzarətdə başısoyuqluq adamı sarsıdır. Müsəlman mühacirlərin axını kəsilməsə, biz heç nə edə bilməyəcəyik. Təsəvvürümüz yoxdur ki, bizə kimlər gəlir”.

– Hesab edirsiniz ki, müsəlman ölkələrindən qaçqın və mühacirlərin üzünə sərhədləri bağlamaq uyğun qərardır?

– Bu, qərar deyil, görünür, istifadə etməli olacağımız fənddir. Kökü İslam dünyasında olan təhlükə var. Terror əməli törədənlərin praktik olaraq hamısı dini motivləri rəhbər tutur. Qərbə qarşı hücumların 95%-i müsəlman dünyasından qaynaqlanır, buna görə də təhlüksizlik tədbirləri görməliyik. Hər bir ölkə təhlükəsizlik tədbirləri görməlidir və mən yalnız istəyirəm ki, digər siyasi partiyalar da buna görə bədəl ödəməyə hazır olduğunu göstərsin. Terrorizimin önlənməsi tədbirləri bizə də toxunacaq. Bunun necə olduğunu artıq görmüşük.

– Müsəlmanların Danimarkaya gəlişinin qabağını alsanız, mütləq təəssürat yaranacaq ki, bütün müsəlmanları problem qaynağı sayırsınız.

– Xeyr, lakin terrorizm həqiqətən də islam ölkələri və müsəlman cəmiyyətlərindən gəlir. Bu – faktdır. Mühacir axını ilə həm əsil qaçqınlar, həm də İŞİD döyüşçüləri gəlir. Danimarkamızdakı "Qrimhey" məscidi kimi radikal qruplar da var. Bu problemin necə meydana çıxdığını aydınlaşdırmaq lazımdır. Lakin bu onu bildirmir ki, bütün cəmiyyət pisdir. Mən qətiyyən bunu nəzərdə tutmuram.

– Partiyanızın rəhbəri Kristian Tulesen Dal 2014-cü ildə bildirib ki, mühacirət məsələsində dini əlamət üzrə diskriminasiya istəmir.

– Yox, qətiyyən yox. Özəl durum meydana çıxıb. Etiraf etmək lazımdır ki, təhlükə müsəlman cəmiyyətlərindən qaynaqlanır. Lakin bu heç də bildirmir ki, müsəlmanların hamısı terrorçudur. Mən əsla istəmirəm ki, müsəlmanlara əyri-əyri baxılsın. Lakin problemdən qurtulmaq diasporanın marağındadır. Müsəlman cəmiyyətinin özəl vəzifəsi var: nəsə qəbuledilməz bir iş baş verərkən, məsələn, kimsə radikal olub Suriyaya getməyə hazırlaşırsa, hər kəs hökumətə xəbər çatdırmağı özünə borc saymalıdır.

– Deyirsiniz ki, müsəlmanlara əyri-əyri baxılmasını istəmirsiniz, lakin sözləriniz məhz buna da səbəb olur.

– Xeyr. Mən məhz deyirəm ki, terrorçulara qarşı durmaq onların öz sıralarında meydana çıxmalıdır. Müsəlmanların özləri mübarizə aparmalıdırlar. Terrorizmi mümkün qədər tez önləmək onların marağındadır.

– Sizcə, müsəlman ölkəsinin müəyyənləşdirilməsi necədir?

– Cavab sualın özündədir. Dünyada əhalisi əksərən müsəlman olan 53 ölkə var. Onları adətən belə də fərqləndirirlər: xristian, müsəlman, iudeya, induist ölkələri var. Bu, normaldır.

– Əhalisi əksərən müsəlman olan ölkələrdə  başqa dinlərin nümayəndələri də var. Misirli xristiana da rədd cavabı vermək lazımdır? Axı o, müsəlman ölkəsindəndir.

– Mən müsəlman ölkələrini dəqiq müəyyən edə bilərəm, sadəcə oturub saymaq lazımdır. Suriya müsəlman ölkəsidir. Əfqanıstan müsəlman ölkəsidir, İran və İraq da. Lakin bu, qiymətləndirməyin əsas kriteriyası olmamalıdır. Gəlin, detallara varmayaq, mən tam hazır plan təqdim etməyə hazırlaşmırdım. Lakin mən bizə nəfəs dincliyi verməyə cəhd edirəm.

– Ancaq sərhədin haradan keçdiyini sizdən eşitmək faydalı olardı.

– Bəlkə də, belədir. Siz deyirsiniz ki, faydalıdır, mən isə deyirəm ki, şərh etmək istəmirəm.

– Yəni misirli xristianı sərhəddən geri qaytarmaq lazım gəlib-gəlmədiyi sualına cavab vermək istəmirsiniz?

– Mən hazırda bu mövzunun dərinliyinə getmək istəmirəm. Mənim ideyam bu deyil ki, hazır fəaliyyət planı ilə qəzetə yazı yazım.

– Əgər hazır planınız yoxdursa, onda Danimaka siyasətində passivlik dövründə diqqəti özünə cəlb etmək istəyən çoxlarından birisiniz?

– Diqqəti cəlb etməyə ehtiyacım yoxdur. Məndə bununla bağlı hər şey onsuz da yaxşıdır.  

– Lakin anlamalısınız ki, ideyanızın gələcəyi yoxdur, elektorat onu dəstəkləməyəcək.

– Bizim tariximizdə bir yığın məsələlər olub ki, bizə deyildiyi kimi, gələcəyi yoxdur. Lakin hamı gözlənilmədən bizimlə razılaşdı. Hər şeyin öz başlanğıcı var. Mən istəyərdim ki, daha bu cür sadəlövh olmayaq və özümüzü sanki heç nə baş vermirmiş kimi aparmağı tərgidək. Yaşayışımız əvvəlki tək olmayacaq. Təhlükəsizlik tədbirləri görməyin vaxtıdır.

– Məgər bu, müsəlmanların diskriminasiyası deyil?

– Qətiyyən. Lakin bu, gerçək hesablama nöqtəsidir: islam terrorizmi islam ölkərindən gəlir.

 

Tərcümə Strateq.az-ındır.




Yuxarı Əvvələ Ana Səhifə