XƏBƏR LENTİ

27 Oktyabr 2020
26 Oktyabr 2020

Digər Xəbərlər

13 İyul 2015 - 08:17

Kəşfiyyatçı Alan Rodye danışır – İŞİD qadınlardan necə faydalanır?

Alen Rodye: “Düşmənə qalib gəlmək üçün onun necə işlədiyini başa düşmək lazımdır”

Fransa kəşfiyyatının istefada olan zabiti, Fransa Kəşfiyyat Araşdırmaları Mərkəzi direktorunun müavini Alan Rodye İŞİD-in qadın və yeniyetmələrdən necə istifadə etdiyi haqda “Atlantico”-ya müsahibə verib.

Məlumat üçün bildirək ki, Amerika ordusu may reydindən sonra İŞİD-in keçmiş rəhbəri Əbu Səyyafın dul qadını Umm Səyyafı əsir götürüb.

“Atlantico”:Amerika qoşunları mayda İŞİD-in liderlərindən birinin arvadı hesab edilən Umm Səyyafı əsir götürüb. O, İŞİD-də qadınlara hansı rol ayrıldığını ətraflı təsvir edib. İŞİD-in mübarizəsində onların rolu nədən ibarətdir?

Alen Rodye: – Əlbəttə, amerikalı dostlarımızın Suriyadakı əməliyyatının uğurunu kiçiltmək istəməzdim, lakin düşünürəm ki, ondansa İŞİD-in daha yüksəkrütbəli liderini tutmaq yaxşı olardı. Məsələ burasındadır ki, onun adı İŞİD-in komanda orqanı olan şura üzvlərinin siyahısında yox idi. İŞİD fəalları ləğv edilib, Amerika əsgərləri isə sağ qayıdıblar ki, bu da böyük uğur idi. Lakin mənə elə gəlir ki, Əbu Səyyaf və arvadının önəmi piar xatirinə şişirdilib. Bu cür riskli əməliyyata hansı yollasa haqq qazandırmaq lazım idi. Buna görə də Umm Səyyafdan alınmış məlumalara ehtiyatla yanaşardım. İŞİD-də qadınların roluna gəlincə, yadda saxlamaq lazımdır ki, liderlər öz siyasətlərində sələfiliyə, yəni Qurana, hədislərə və Muhəmmədin həyatına isnadən İslamın buyruqlarına sərt şəkildə riayət etməyə söykənirlər. Bu mətnlərin heç birində (nadir istisnalarla) qadınların döyüşmək haqqı yoxdur. Qadın ərinə qulaq asmalı və onların ittifaqından törəyən uşaqları böyütməlidir. Başqa sözlə, qadının İŞİD-dəki həyatı təməlçilik müddəaları ilə müəyyən olunur.

Qadınlar vuruşmurlarsa, onların başlıca vəzifəsi nədir? Doğrudanmı, onlar kimlərisə ələ almaq və döyüşdən sonra radikalları “mükafatlandırmaq”la məşğul olur və münaqişənun davam etməsinə işləyirlər?

– İstəsək də, istəməsək də, İŞİD bircə xarici İşlər nazirliyi çatışmayan əsil dövlət yaradıb. Bundan başqa, dövlət möhkəmlənmə istəyirsə, ona əhali lazımdır. Rəqəmlər 7-10 milyon arasında dəyişir. Bu radikallar əmindirlər ki, mübarizə nəsillər boyu aparılacaq və buna görə də lazımdır ki, ər-arvad (nigah vacibdir) övlad, gələcək yaraqlı verə bilsin. Qəribə olsa da, bu, “xalis ari irqi”nin formalaşmasına cəhd edən nasist rejimini xatırladır: qadınlar perspektivdə ataların yerini tutacaq çoxlu uşaq doğmalıydı. İŞİD rəhbərliyi yeniyetmələri qanadının altına alır və ən yaxşı şagirdlərin ictmai edamla mükafatlandırıldığı məktəblərdə təhsil verir. Gəncliyin bu cür hazırlanmasından Afrikada fəal şəkildə istifadıə olunur və hazırda Latın Amerikası kartellərində də işə yarayır. İŞİD-də gəncliyə 16 yaşdan silah gəzdirməyə icazə verilir, lakin hərbi-ideoloji təhsilin sayəsində onları prosesə daha erkən cəlb edirlər. İŞİD-də yaşayan qadın islamçıya ərə getməli, (kənizlər nəzərə alınmasa, onun bir neçə arvad almaq hüququ var), uşaq doğmalı və “dövlət” məktəbləri estafeti qəbul edənədək onların fiziki-əxlaqi tərbiyəsi ilə məşğul olmalıdır (hamısı yayılmış vəsaitdə əks olunub). Bundan başqa, ərlərinə elə dayaq olmalıdırlar ki, onların döyüş ruhu alovlansın. Beləliklə, onların mənəvi rolu həlledicidir.

Xaricdən gələn yaraqlılar bilirlər ki (onların müqaviləsində belə yazılır), sədaqətli və üzüyola arvada haqqı var. Könülü qadınlar bilirlər ki, ərə getməli və ona tabe olmalıdırlar. Hər iki cinsin cihada yollanan təmsilçisi bu qaydaların cazibəsini tez-tez hiss edir, çünki bu onların həyatına məna verir. Onlara doğma ruh axtarmaq lazım gəlməyəcək, çünki həyat yoldaşı təqdim olunacaq. Qadınlar yüngül silahla davranmağı öyrənir, lakin bu, hər ehtimala qarşı özünü müdafiə etmək üçündür. Silahlanmış yeganə qadın dəstəsi başqa qadınlara göz qoyulması tapşırılan daxili polis batalyonlarıdır. Yuxarıda xatırlatdığımız ehkam üzündən kişilərin onların üst-başını axtarmaq hüququ yoxdur. Onlar bu məsələdə həm kişi, həm də qadın dəstələri olan kürd qoşunlarından fərqlənirlər. Xatırlatmağına dəyər ki, İŞİD-ə qarşı duran kürdlər də sünnidir, lakn dinə yanaşmaları tamamilə özgə cürdür.

-İŞİD-də şəriət qanunlarına sərt şəkildə əməl olunur, lakin bu, bütün terrorçu qurumlara da aiddir? Qadınların “Boko Haram”ın və yaxud “Əl-Qaidə”nin əməliyyatlarında iştirakı mümkündürmü? Bu, hansı fikir ayrılıqları doğura bilər?

-“Boko Haram”da qadınlardan kamikadze kimi istifadə olunur. Onlar maneələrdən asanlıqla keçə bilirlər, nadir hallarda yoxlanırlar (yenə də İslam qanunlarına görə). Hər necə olsa da, İŞİD-ə qoşulan hərəkatlar İslamı yerli etiqadlarla qarışdırmaq xəttini tutub ki, bu da İŞİD başçılarına yolverilməz təhrif kimi görünməlidir. Bütün Qərbi Afrikaya yayılmaq cəhdi İŞİD-i buna göz yummağa məcbur edir, amma adi şəraitdə buna yol verməzdilər. Bütün bunlar İŞİD rəhbərliyi ilə “Boko Haram” liderlərinin münasibətində problemlər yarada bilər, lakin hələlik baş vermir: hamı üçün əsas məsələ bütün istiqamətlərdə hücumdur. Düşmənə qalib gəlmək üçün onun necə işlədiyini başa düşmək lazımdır. İŞİD-dəki qadınların dəli olduğunu düşünmək düzgün deyil. Əslində, onlar əmindirlər ki, “kafir” və “dönüklər”ə qarşı birgə vuruşacaqları “gözəl şahzadə” tapacaqlar.

Onları həm də sabit və ailə ənənələrinə sadiqlik formalaşdırmaq fikri də cəzb edir. Ola bilsin, gələcəkdə başa düşəcəklər ki, “gözəl şahzadə” yoxdur, onların övladlarını başqa müsəlmanları, birinci növbədə şiələri öldürməyə öyrədirlər və heç bir perspektivləri yoxdur. Lakin onda nəyisə dəyişmək artıq çox gec olacaq. İŞİD öz “vətəndaşlar”ını əldən buraxmaq niyyətində deyil.

“Atlantico” (Fransa), 12.07.2015




Yuxarı Əvvələ Ana Səhifə