Donata Ridel
Handelsblatt (Almaniya), 03.08.2016
Təhlükəsizlik üzrə Münhen konfransının sədri Volfqanq İşingerin dünyadakı siyasi durumla bağlı Almaniya nəşrinə müsahibəsini Strateq.az-ın oxucularına təqdim edirik.
– Cənab İşinger, təəssürat yaranır ki, silahlanmanın yeni mərhələsi başlanır. Bu belədirmi?
– Düzü budur ki, artıq bir neçə illər ərzində dünya düzəni siyasətinin kəskinləşən böhranına məruz qalırıq. Siyasətdə böhranları önləmək və yaxud ən azı, tez həll etmək qabiliyyəti getdikcə daha çox kasadlaşır. Bu, artan inamsızlığa və dünya düzəninin dağılmasının geniş yayılmış duyumuna səbəb olur.
– Bu, necə baş verdi?
– Bu, bir tərəfdən onunla bağlıdır ki, ABŞ dünya polisi rolunu oynamağı tərgidib, digər tərəfdən islamçı terrorizm möhkəmlənib. Yenə də Asiyada silahlanmaya məsrəf hələ bir neçə il öncə başlanıb. Rusiyanın Krımı ilhaqı Avropada hərbi büdcələrin azaldıması dövrü ilə vidalaşmağa bəhanə oldu.
– Qığzın silahlanmanın yeni erasının qabağını almağa imkan varmı?
– Ümumi inamsızlıqdan çıxış yolu yalnız o zaman mümkündür ki, hər iki fövqəldövlət – ABŞ və Rusiya münasibətlərini qaydaya salır və bir-biri ilə yenui münasibətlər yaradır. 2012-ci ilə – Putin yenidən seçilənə qədər, onların arasında müsbət mərhələ var idi. Hətta nüvə tərk-silahı haqda yeni müqavilə bağlanmışdı. Avropalıların təkid etməyi lazımdır ki, silahlanma üzərində nəzarət yenidən müzakirə mövzusuna çevrilsin.
– Şansları necə dəyərləndirirsiniz, baş tutarmı?
– Bir neçə ay əvvəlkindən bir qədər yaxşı. Putin NATO sammitindən sonra hələlik öz tərəfindən sonrakı silahlanma haqda bəyanat verməyib. Hətta Finlandiya hökumətinin başçısı ilə söhbətdə gərginliyin zəiflədilməsindən danışdı. Bu, nəyinsə cücərə biləcəyinə cüzi ümiddir.
– Bu cür ssenari necə görünə bilər?
– Düşünürəm ki, əsil tərəqqi yalnız ABŞ-dakı seçkiklərdən sonra mümkün olacaq. Ümid etdiyim kimi, yeni prezident Hillari Klinton olsa, yeni yaxınlaşma mümkün ola bilər. Rusiyanın baxışına görə, Obama fəaliyyətə qabil deyil. Bundan başqa, Rusiyada da payızda parlament seçkiləri olacaq. Ehtimal ki, Putin o zaman bundan sonra da güclü adam kimi görünmək istəyəcək və güzəştlərə az meylli olacaq.
-Yaxın Şərq və islam terroprizmi ilə mübarizə üçün ümidverici siqnallar varmı?
-Təəssüf ki, beləsini hələlik görmürəm. Avropa hökumətləri hər teraktdan sonra yenə də və mütləq hərbi üsullarla sərt reaksiya verməyə məcbur olacaq. Hətta Liviya kimi ölkəni sabitləşdirmək mümkün olsa da, terrorçu şəbəkələr yeni ərazilər axtaracaq. Və budur, daha bir məsələyə diqqət yetirilmir. Boko Haramın Nigeiyadakı qurbanlarının sayı İŞİD qurbanlarının sayını xeyli geridə qoyur. Və Boko Haram risk amili kimi hələ də Avropa hökumətlərinin baxış sahəsinə düşməyib. Ən pisi budur ki, bu münaqişədə inam amilinin yaradılmasına güvənmək lazım gəlmir.
– Səudiyyə Ərəbistanı və BƏƏ daha az silahlansa, xeyri olarmı?
– Əlbəttə, ölkələri az silahlanmağa çağırmaq olar. Lakin digər tərəfdən başa düşə bilirəm ki, ABŞ daha Ər-Riyadın tərəfində durmayandan və həm də İranla dialoqa başlayandan sonra Səudiyyə Ərəbistanı ciddi-cəhdlə öz təhlükəsizliyinin qayğısına qalır. İranlılar və səudlar bir-birlərinə nifrət edirlər. Buna görə də soyuq müharibə dönəmində ATƏT konfransında olduğu kimi, Yaxın Şərqdə bu cür təhlükəsizlik sistemi qurmaq çətin olacaq. Nə bu, nə də o tərəflə bağlı olan avropalılar hər halda bu məsələni səbirlə həll etməyə çalışmalıdırlar.
Tərcümə Strateq.az-ındır.