XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

19 August 2016 - 10:39

Fransız ekspert:“İncirlik bazası bölgədə amerikalılar üçün açar rolunu oynayır”

incir

С-17 Globemaster III hərbi-nəqliyyat təyyarələri Türkiyənin İncirlik bazasında

 

Rolan Lombardi

Atlantico (Fransa), 19.08.2016

 

Türkiyənin İncirlik bazası ilə bağlı son günlərdə dünya KİV-lərində maraqlı və bəzən də səthi, ucuz sensasiya xatirinə analizlər gedir. Məşhur fransız analitiki Rolan Lombardinin bu yöndə müsahibəsini Strateq.az-ın oxucularına təqdim edirik.   

 

-Stimson Center-in bazar ertəsi dərc edilmiş məruzəsində Türkiyənin İncirlik bazası ilə bağlı təhlükə qeyd olunub. Orada, Suriya sərhədindən, təxminən, 100 km məsafədə 50-yə yaxın B-61 atom bombası saxlanır. Bu baza və bu silah məhz nəyə xidmət edir?

-İncirlik İzmirdən başqa qərb sahillərində Türkiyə ərazisində ikinci bazanı təmsil edir. Hər ikisi Pentaqonun təsir yaradan, bütün dünya üzrə bazalar şəbəkəsinə daxildir. İncirlik ölkənin güneyində, Adana şəhərindən 10 km, Suriya sərhədindən 100 km məsafədə yerləşir. 1960-cı ildən bu bazanın NATO çərçivəsində vəzifəsi döyüş təyyarələri və nüvə cəbhəxanası vasitəsilə SSRİ-nin (bu gün isə Rusiyanın) güney cinahı üçün təhlükə yaratmaq idi (və bu gün də belədir). Söhbət taktiki istilik-nüvə silahını təmsil edən əlli B-61 bombasından gedir. İncirlik Amerika və NATO üçün Rusiyanın strateji cilovlanmasında əvvəlki tək mühüm rol oynayır. Bu gün isə onun strateji dəyəri həm də onunla bağlıdır ki, türk ordusu, həmçinin Amerika (və Britaniya) aviasiyası İŞİD-ə qarşı beynəlxalq koalisiya çərçivəsində ondan istifadə edir.

-Məruzədə xüsusən qeyd olunur ki,bu silah “terrorçular və düşmən qüvvələrin” əlinə düşə bilər. Baza üçün əsas təhlükəni məhz kim təmsil edir?  Bu nə dərəcədə təsdiq edilib?

-15 iyul dövlət çevrilişi uğurla başa çatsaydı və ölkədə iğtişaşlar və yaxud vətəndaş müharibəsi başlasaydı, onda İncirlik bazası həqiqətən də ciddi risklərlə üzləşərdi. Yeri gəlmişkən, məruzədə də məhz bu məqam vurğulanır. “Düşmən qüvvələr”, şübhəsiz ki, Ankara rejiminə qarşı çıxış edən silahlı qrupdur. İndi bu cür ssenari az ağlabatandır, çünki gördüyümüz kimi, Ərdoğan durumu sərt, lakin effektli  şəkildə nəzarətə aldı. Bununla belə, hələ hər şey bitməyib…

Sözügedən terrorçulara gəlincə, bunlar əsasən, sərhəddə kök atmış müxtəlif cihadçılar və yaxud Ərdoğanın geopolitik dönüşündən (xüsusən də Moskvaya münasibətdə) məyus ola biləsi və ölkədəki “həssas” obyektə hücum qərarı qəbul edə biləcək yerli islamçılardır. Lakin yenə də pios əllərdə silahla İncirlriyə bu cür hücum həllıik az ağlabatandır. Hər şeydən əvvəvl sözügedən bazada təhlükəsizlik səviyyəsinə görə. Sonra hətta ən pis variant baş versə və bu cür silah cihadçılaırn əlinə keçsə, onu tətbiq etməkdən ötrü lazımi bilik və texnologiyaları yoxdur. Unutmaq lazım deyil ki, söhbət praktik olaraq aşılmaz müdafiə sistemli, son dərəcə mürəkkəb silahdan gedir və yalnız kod və olduqca qəliz protokollar olarkən işə düşə bilər.

-İyulun 15-də Türkiyədə baş tutmamış dövlət çevrilişi İncirlik bazası üçün təhlükəsizlik məsələsini yenidən qaldırıb. Həmin hadisələrdən bir neçə gün sonra bazaya komandirlik edənləri həbs ediblər. Bütün bunlar bazanın təhlükəsizliyinə və yaxud hətta mövcudluq qabiliyyətinə necə təsir edə bilər?

-Baş tutmamış 15 iyul qiyamından sonra, demək olar, 150 general istefaya göndərilib və yaxud həbs olunub. İncirlik hərbi bazası hadisələrin lap mərkəzində göründü, çünki baza komandiri Bəkir Erkan və daha ona yaxın zabit qiyamda iştirak ittihamı ilə həbsxanaya düşüb. Əlbəttə, amerikalıların qüsurları yetərincədir, lakin bir şeyi onların əlindən ala bilməzsən: onlar nüvə silahına aid məsələdə olduqca uzaqgörən və ehtiyatlıdırlar. Türkiyənin iğtişaş və çevrilişlə üzləşdiyi ilk dəfə deyil. Amerika hökuməti mümkün hər cür böhranı nəzərdən keçirib və istənilən ssenariyə hazırlaşıb. NATO son illərdə təhlükəsizliyin yaxşılaşdırılmasına 200 milyon dollar ayırıb. Bundan başqa, Suriya hadisələrinin başlanğıcından bazada təhlükəsizlik tədbirləri hiss olunacaq dərəcədə gücləndirilib, bu ilin martında isə mülki heyəti və hərbçi ailələrini opradan çıxarıblar. Bu qayda ilə ora qala olmasa da, əla qorunur və orada çox gözəl silahlandırılmış və hazırlanmış xeyli hərbçi var. Səfirlik və konsulluqların (1979-cu ildə İranda, 2012-ci ildə Liviyada) təhlükəsizliyinin təminatında amerikalıların hesabında xeyli uğursuzluq olsa da, öz səhvlərini nəzərə alıblar. Bundan savayı, onlar İraq və Əfqanıstandakı böyük təcrübənin sayəsində düşmən ərazisindəki bazaları daha yaxşı qorumağı bacarırlar…

-Ekspertlər ABŞ-ı bu silahı mümkün qədər tez çıxartmağa çağırırlar. Strateji planda bu tövsiyə haqda nə demək olar?  ABŞ bütün ssenarilərə, o cümlədən silahın çıxardılmasına hazırdırmı?

-Sözsüz ki, silahın təcili çıxardılması haqqında danışdığım hazır ssenarilərə daxildir. Lakin mənə elə gəlir ki, məruzəni hazırlamış ekspert qrupu müəyyən dərəcədə qalmaqal yaratmağa cəhd etsə də, bir məsələdə onlarla dəqiq razıyam: silahı ABŞ-a qaytarmaq lazımdır. Yeri gəlmişkən, bu məsələ Amerikanın hərbi-strateji dairələrində artıq birinci il deyil ki, müzakirə olunur. Bir sıra ekspertlər haqlı olaraq bu cür cəbbəxanaların saxlanmasında yüksək qiymətlərə işarə edirlər. Mənə elə gəlir ki, Türkiyədə taktiki nüvə silahının yerləşdirilməsi Vaşinqton üçün daha heç bir gerçək maraq ifadə etmir. Eyni zamanda bu, təhlükəsizlikdən daha çox xeyli dərəcədə geostrategiya ilə bağlıdır. İzah edim. Aralıq dənizinin şərqində və Fars körfəzində yerləşdirilmiş sualtı qayıqlar nüvə zərbələri üçün ən yaxşı tədarük vasitəsidir. Onlar İncirlikdəki nüvə cəbbəxanasının potensialca nəzərdə tutduğu zonaları xeyli asan və effektli şəkildə “örtə” bilər. Sonra, ən mühümü – Rusiya SSRİ deyil. O daha nə Qərb üçün təhlükədir, nə də ABŞ üçün. Hətta hadisələrin göstərdiyi kimi, o, yeganə əsil təhlükəyə – islamçılığa qarşı zəruri və dəyərli müttəfiq olub! Bəziləri bizi hələ də inanmağa vadar etmək istəyirlər ki, Rusiya təcavüzkar dövlət, yeni “baş cani”dir. Lakin yaddan çıxarmayaq ki, o özünü təcavüz obyekti hiss edir. Aralıq dənizi və Yaxın Şərqdə sovet dövründəki kimi hegemoniyaya can atmır. Təəssüf ki, ABŞ və NATO bu gerçəklikləri anlamır. Gördüyümüz kimi, İncirlik bazası müstəsna strateji mövqe tutur: Suriyaya, həmçinin Livan, İsrail, İran, Əfqanaıstan və Rusiyaya, o cümlədən Rusiya təyyarələrinin keçdiyin hava dəhlizlərinə yaxınlıq. Orada təkcə döyüş bölmələri deyil, həm də strateji dəstəyi, logistikanı (yanacaqdolduran təyyarələr) və kəşfiyyatı təmin edən qüvvələr yerləşdirilib. O, zonada amerikalılar üçün açar rolunu oynayır, komandanlığın əsas bazalarından biridir və NATO-nun Yaxın Şərq və Hindistanla birbaşa əlaqələrini təmin edir. Bu gün (xüsusən də 1999-cu ildən ABŞ-da yaşayan və Ankaranın çevrilişi hazırlanmasında ittiham etdiyi Fətullah Gülənin ekstradisiyası ilə bağlı) Türkiyə-ABŞ münasibətlərində müəyyən dərəcədə soyuqluq müşahidə etsək də, Vaşinqton və Ankara Rusiya ilə barışıq fonunda yenə də müttəfiq olaraq qalacaq. Bundan başqa, türklər də amerikalılar kimi alyansın pozulmasında qətiyyən maraqlı deyillər. Sonra, bu cür şəraitdə nüvə silahının İncirlik bazasından çıxarılması zəiflik əlaməti kimi qavrana bilərdi. Bölgədəki cari durum, Obamanın mandatının bitməsi və gələcək prezident seçkiləri fonunda düşünmürəm ki, İncirlikdəki nüvə silahı üzrə yekun qərar gözləməyinə dəyər. Ən azı, rəsmən…

 

Tərcümə Strateq.az-ındır.




Yuxarı Əvvələ Ana Səhifə