XƏBƏR LENTİ

14 Avqust 2020
13 Avqust 2020

Digər Xəbərlər

22 Sentyabr 2016 - 12:20

Rus millətçisi Limonov: “Rusların yaşadığı bütün əraziləri geri qaytaracağıq” –Müsahibə  

lim

Yazıçı Eduard Limonov

©RİA Novosti, Vitali Belousov

 

Mikol Flammini

La Repubblica (İtaliya), 22.09.2016

 

Cəsarətli yazıçı, usanmaz siyasətçi Dumaya seçkilər, “Vahid Rusiya” partiyasının növbəti qələbəsi, seçici fəallığının süqutundan danışır və qeyd edir: “Ruslar ağıllıdır, son 25 ildə çox şey öyrəniblər”.

“Putinin yerinə mən olsaydım, daha pis işlər görərdim”. Rus ədəbiyyatının antiqəhrəmanı Eduard Limonov belə deyir. Xuliqan, yoxsul, yazıçı, şair, intellektual, dissident, Arkan pələngi və millətçi bolşevik partiyasının (MBP) qurucusu.

Millətçi yazıçının İtaliya nəşrinə müsahibəsini Strateq.az-ın oxucularına təqdim edirik.

 

-Ola bilərmi ki, seçkilər 2018-ci il prezident seçkilərindən öncəki yoxlama idi?

-Xeyr, Putinə heç vaxt heç bir yoxlama lazım olmayıb – xüsusən də indiki anda. Adamlar ona getdikcə daha çox dəstək verirlər. Krımın ilhaqı onun etibar reytinqini yaxşılaşdırıb. Putin hazırda öz qüvvəsinin çiçəklənmə dövründədir. Onun qorxacağı heç nə yoxdur.

-Hesab edilirdi ki, güclü iqtisadi böhran və sanksiyaların təsiri şəraitində   keçirilən bu seçkilər Putinin mövqeyini zəiflədə bilər. Amma belə olmadı. Rusiya prezidentinə inam reytinqi nə zamansa düşəcək?

-Bu sizin əbədi səhvinizdir – hesab edirsiniz ki, ruslar Qərbdəki kimi düşünür. Bizim üçün milli qürur əmin-amanlıq və maddi rifahdan əhəmiyyətlidir. Bunu bizə tariximiz öyrədib. Sanksiyalar səfehlikdir, ən böyük səfehlik isə Rusiyaya qarşı sanksiyalardır. Başa düşmürəm, avropalılar hələ də necə anlamayıblar ki, sanksiyalarla rus xalqının böyüklüyə can atmağının qabağını almaq olmaz. Ruslar Putini Suriya və Donbasda yetərincə qətiyyətli olmamaqda, Türkiyəni çox tez bağışlamaqda ittiham edirlər. Onun populyarlığı artıq azalır – o, xarici siyasətdə zəifdir. Rus xalqı bu cür hesab edir, Qərbdə isə tamamilə əksinə başa düşürlər.

-Təəssürat yaranır ki, sanki Qərb Rusiyanı başa düşməyə qabil deyil. Niyə belədir?

-Çox sadədir, çünki istəmir. Qərb hesab edir ki, bunu etməməlidir. Qərb ölkələri bizi həmişə şimal barbarı və mürtəce sayıb. Qərb özünü yüksək qiymətləndirir və ruslara lazımınca dəyər vermir. Biz sizin dəliliyinizi yatırtmalıyıq.

-Ola bilsin, rusların Qərb haqda anlamadığı nəsə var.

-Rusiya monolit deyil, belə şeylər çoxdur. Mən Qərbi başa düşürəm, çünki orada yaşamışam. Putin və çevrəsi isə yanılır, həmişə can atırlar ki, avropalıların və amerikalıların təqdirinə layiq olsunlar. Məsələn, Putinin yerinə mən olsaydım, düzü, daha çox vahimə törədərdim.

Rusiya Suriyadan Ukraynaya qədər silahlanmış dövlət kimi çıxış edir. Bu, ruslara nə qədər xoş gəlir?

-Ruslardan qorxanda onların xoşuna gəlir. Onlar amerikalıların bu qədər illər ərzində saxlaya bildiyi rola həsəd aparırlar. Əlbəttə, mən hazırda xalqdan danışıram, lakin ziyalıların az qismi Avropayönlü və Amerikayönlü baxışın ardınca gedir.

Rusiya bütövlükdə Sovet İttifaqının intiharından hələ də özünə gələ bilməyib.

-Biz müəyyən qədər irəli getməyə nail olmuşuq, lakin hədəfimiz rusların yaşadığı bütün əraziləri – Ukraynanın şərq bölgələrini, Qazaxıstanın bəzi ərazilərini qaytarmaqdır. Böyük millətlərin kiçilməsi və önəmsiz olması anormallıqdır. Sovet İttifaqı bizim  Roma imperiyamızdır və keçmişimizə qürurla baxmağı davam etdiririk.

-Seçkilərə qayıdaq. Hökumət şəffaflıqdan danışırdı, seçkilər haqda qanunu dəyişdirdi ki, hətta kiçik partiyalar da Dumaya düşə bilsin. Bu, Rusiyada demokratiyaya doğru addım kimi görünə bilərdi. İndi isə saxtalaşdırma barədə ilk məlumatlar gəlir.

-Bu, əsla önəmli deyil. Keçid faizini 7-dən 5-ə endiriblərsə, bu hələ bildirmir ki, seçkilərə bütün partiyalar qatıla bilər. Arıdılma daha mühümdür, bunu isə Kreml edir. Dövrə qapanır. Dumaya keçmiş partiyalar qəlp müxalifət rolunu oynamalıdır. Saxtakarlıqdan danışmaq mənasızdır.

-Seçici fəallığı xeyli azalıb. 2011-ci ildəki 60%-dən indiki 47%-ə qədər. Bu niyə baş verib?

-Ruslar ağıllı xalqdır, son iyirmi beş ildə çox şeyi öyrəniblər. Onlar bilirlər ki, Kreml seçkiyə qatılacaq partiyaları seçir. Qəlp müxalifət rusların heç vaxt seçmədiyi və az tanınan partiyalardır. Siz orada Nemtsovun məsələsini bu qədər şişirdibsiniz, bu isə heç vaxt heç kimi qorxutmayıb. O, görkəmli adam idi, amma ittihamları uşaq kəkələməsi idi. Bu, yalnız Qərbdə təəssürat doğururdu.

-Sizin MBP qeyri-qanuni sayılır. O nə zamansa Dumaya düşəcək?

-MBP qanundan kənardır və 2010-cu ildə “Başqa Rusiya” partiyasını yaratmışam. Duma indiki halında o yer deyil ki, əsil siyasətçilər orada işləyə bilsin. Son dərəcə itaərkar dövlət qurumudur və biz ora düşməyə can atmırıq.

 

Tərcümə Strateq.az-ındır.




Yuxarı Əvvələ Ana Səhifə