"168 жам" (Ermənistan), 29.09.2016
Məşhur rus publisisti və analitiki Andrey Piontkovskinin Dağlıq Qarabağ münaqişəsi barədə Ermənistan nəşrinə müsahibəsini Strateq.az-ın oxucularına təqdim edirik.
– Cənab Piontkovski, aprel müharibəsindən sonra Qarabağ münaqişəsinin dinc nizamlama prosesi dalana dirənib: iki görüşdən sonra növbəti görüşün Parisdə keçirilməsi planlaşdırıldığına, sonra isə Rusiyada mümkün görüş haqda şayiələrin yayıldığına baxmayaraq, prezidentlərin təmasları kəsilib və təəssürat yaranır ki, danışıqlar dalana girib. Sizcə, niyə bu cür durum yaranıb?
– Məncə, cavab çox sadədir: Qarabağ münaqişəsi ən mürəkkəb siyasi məsələlərdən biridir. Burada hələlik birmənalı həll tapılmayıb, yəni hər iki tərəf üçün danışıqların bu və ya digər mərhələsində prosesin dayanmasına gətirən məqbul həll yoxdur. İkincisi, nəzərə almaq lazımdır ki, Qarabağ münaqişəsinin nizamlanması prosesində Rusiyanın simasında nizamlamada qətiyyən maraqlı olmayan və öz xəttini yeridən şərəfsiz oyunçu ilə iş görürük. Üçüncüsü, münaqişə tərəflərin müstəsna əhvalı ilə nə qədər şərtlənsə də, ona bölgə prosesləri də təsir edir. Bölgə isə bir neçə ölkənin maraqlarının toqquşma zonasına çevrilmiş Yaxın Şərqdir. Söhbət Rusiya, Türkiyə, kürdlər və ABŞ-dan gedir. Buna paralel olaraq münasibətlərin əvvəlki həcmdə bərpasına cəhd edən Ruisya-Türkiyə cəhdlərini də nəzərə almaq gərəkdir. Buna isə Rusiya və Türkiyənin Suriya siyasəti mane olur. İran öz növbəsində bölgə və dünya proseslərində iştirak etmək istəyir və Rusiya bundan öz xeyrini əldə etməyə səy göstərir. Yəni həqiqətən, geniş bölgə fonu danışıqlara, tərəflərin və danışıq vasitəçilərinin əhvalına təsir edir. Rusiyanın rolunu xüsusi ayırardım. Qeyd etmək istəyirəm ki, Cənubi Qafqazdakı mövqelərini güzəştə getmək və geri çəkilmək istəmir, öz mövqelərini saxlamağa cəhd edir ki, bu da hər üç ölkəyə – Ermənistan, Azərbaycan və Gürcüstana təsir rıçaqı deməkdir. İndiki şəraitdə Gürcüstana təsir etmək Rusiya üçün olduqca çətin olub, lakin Putin Rusiyası bu məsələdə status-kvonu saxlamağa və onun üçün gözlənilməz inkişaf ssenarilərinin perspektivini sıfra endirmyə səy edir. Bu bildirir ki, Rusiya münaqişənin nizamlanmasını istisna edən siyasəti tutmaqla Azərbaycan və Ermənistanda öz mövqelərini daha çox gücləndirmyə çalışacaq. Nizamlama həm danışıq, həm də hərb yoluyla mümkündür. Hərbi yol tərəflərdən birinin üstünlüyünü nəzərdə tutur. Aprel müharibəsi göstərdi ki, Azərbaycanın hansısa dərəcədə oxşar üstünlüyü var. Bakı uzun illər ərzində çox böyük resurslar hesabına ciddi silahlar əldə etməyi davam etdirib, lakin Moskva bunu yaxşı hesablamayıb və münaqişə tərəfləri arasında müəyyən dərəcədə tarazlıq yaratmağa cəhd edəcək ki, hərbi əmliyyatlaırn təzələndiyi halda qalib olmasın. Rusiya danışıqlara qatılmaqla, sadəcə, nizamlama əldə etməyə imkan vermir. Burada hər şey aydındır.
– Yəni, sizcə, Moskva vasitəçiliyi olmasa, sülh sazişi imzalamağa nail olmaq mümkündür?
– Buna birmənalı cavab vermək çətindir, çünki tərəflərin mövqeyi bu iyirmi beş il müddətində yetərincə radikal idi. İstisna deyil ki, tərəflər Moskvasız sazişə gələ bilərdi. Moskva nizamlama prosesində liderliyə təsadüfən cidd-cəhdlə can atmır ki, hər şey onun nəzarət etdiyi yolla getsin. Danışıqlar masasında hansısa Rusiya planları təsadüfən görünmür. Rusiya planı varsa, əminəm ki, bu, nizamlama planı deyil. Nəticə etibarilə nizamlama prosesinə Moskvanın təsrini mütləq azaltmaq lazımdır. Bunu münaqişə tərəfləri və Qərb etməlidir.
– Hansı çıxış yolları görürsünüz? Bunu necə etmək lazımdır?
– Artıq dediyim kmi, bunu münaqişə tərəfləri və Qərb etməlidir. Qərb öz növbəsində müəyyən addımlar atır, lakin mən Obama administrasiyasının xarici siyasətindən narazıyam. Lakin gəlin, bu haqda danışmayaq. Tərəflərin özü bu təsirdən imtina etməli və Moskvanın prosesdə üstünlüyünə yol vermədən beynəlxalq nizamlama formatında qalmağa cəhd etmlidir. Tərəflər isə əksinə, özləri buna imkan verir, hər biri Moskvadan münaqişənin öz xeyrinə nizamlamasını gözləyir. Burada söhbət birinci növbədə Azərbaycandan gedir. Qərbin zəifliyi şəraitində bütün bunlar Moskvanın təsirini azaltmağa imkan vermir.
– Aydındır ki, danışıqlar yoxdursa, tərəflərin siyasi səviyyədə müzakirə etməyə bir şeyi yoxdur, bu isə bildirir ki, Azərbaycanda münaqişəni hərbi yolla həll etmək cazibəsi çoxalır. Danışıqlar yoxdursa, onda nəyə hazır olmaq lazımdır?
– Münaqişənin indiki vəziyyətində ən pis ssenariyə hazır olmaq lazımdır, çünki münaqişə nizamlanmayıb, tərəflər isə silahlanıb və bütün cəbbəxananı sərf etməyə hazırdır. Bu cür təhlükə var, razıyam, vasitəçilər məhz bu səbəbdən danışıqların dövriliyini, prezidentlərin görüşünü saxlamağa çalışırlar ki, qarşı duran tərəflərin təmas ipi qırılmasın. Lakin artıq dediyim kimi, münaqişə çox mürəkkəbdir, risk gurultusunu yüksəldən əlavə amillər hədsiz dərəcədə çoxdur. Lakin həmçinin qeyd edirəm ki, Moskva münaqişə tərəflərindən hər hansının nə hərbi, nə də siyasi müstəvidə üstünlüyünə yol verər. İndiki anda yeganə çıxış yolu danışıqlarda Moskvanın təsirini zəiflətməkdir.
Tərcümə Strateq.az-ındır.