XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

05 Dekabr 2016 - 14:06

Brilyant tacirinin keçmiş arvadı ifadə verdi:"Şahmarın onlara brilyant gətirməsindən xəbərdaram"

covdar

Bu gün Sabunçu Rayon Məhkəməsinin inzibati binasında ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un məlumatına görə, Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə qapalı keçirilən prosesdə Səlim Məmmədovun vəkili Cavid Rzazadə vəsatətlə çıxış edib. O, müvəkkilinin anasının dünyasını dəyişdiyini bildirib: "Buna görə hüquqlarını müdafiə etdiyin şəxs yas mərasimində iştirak etmək üçün şərait yaradılsın". 

Məhkəmə vəsatəti təmin etməyib.

Daha sonra zərərçəkmiş Şahmar Qurbanovun keçmiş həyat yoldaşı Nigar Məmmədova şahid qismində ifadə verib. Şahid N.Məmmədovun istintaqa verdiyi ifadəsi elan olunub. N.Məmmədova əvvəllər A.Çovdarovun adını eşitmədiyini deyib: "İstintaqa nə ifadə vermişəmsə, hamısı Şahmar Qurbanovun mənə dedikləridir. Həqiqətən Şahmar iki ev, bir sex və bir neçə maşınımızı satdı. Onun İsgəndər Hüseynovla birgə xaricə gedib Akif Çovdarov və Eldar Mahmudova brilliant gətirməsindən xəbərdaram. Bu barədə Şahmar mənə bildirib".

Zərərçəkmiş Ş.Qurbanov istintaqda dindirilərkən ümumilikdə A.Çovdarova 380 min dollar dəyərində brilliant və 500 min dollar pul verdiyini bildirib.

Proses günün ikinci yarısında davam etdiriləcək.