XƏBƏR LENTİ

01 Dekabr 2020
30 Noyabr 2020

Digər Xəbərlər

13 Fevral 2017 - 18:11

Akif Çovdarovun məhkəməsində şahidlər ifadə verib

Çovdar

Sabunçu Rayon Məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi günün ikinci yarısında davam etdirilib.

 Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxs qismində Nəsib Əliyev və Əflatun Kərimov ifadə verib. Hazırda həbsdə olan və dələduzluq maddəsi ilə ittiham olunan N. Əliyev deyib ki, A. Çovdarov ondan üç dəfə pul alıb. O, A. Çovdarovun otağının harada yerləşməsi barədə suala cavab verə bilməyib.

 A. Çovdarovun vəkilləri isə onun istintaq zamanı verdiyi ifadəsində otağın yerini dəqiq təsvir etdiyini deyiblər və ziddiyyət olduğunu bildiriblər. N. Əliyev istintaq zamanı verdiyi ifadəni təsdiq edib.

 Zərərçəkmiş Ə. Kərimov ifadəsində deyib ki, ona hər hansı maddi ziyan dəyməyib. Bildirib ki, onu bir gün MTN-də saxlayıblar. O, özünü zərərçəkmiş hesab etmədiyini, ondan nəsə tələb olunmadığını deyib.

 Proses fevralın 15-də davam edəcək.