XƏBƏR LENTİ

30 Noyabr 2020
29 Noyabr 2020

Digər Xəbərlər

06 Mart 2017 - 18:21

MTN generalı Sübahir Qurbanov Çovdarovun məhkəməsində ifadə verib

Çovdar

Sabunçu Rayon Məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi fasilədən sonra davam etdirilib.

 APA-nın xəbərinə görə, Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində hazırda həbsdə olan MTN generalı Sübahir Qurbanov, polkovnik leytenant Fizuli Əliyev və nazirliyin əməkdaşı olmuş Natiq Alıyev ifadə verib. Onlar zərərçəkmiş Arif Həsənovun dediklərinin həqiqətə uyğun olmadığını deyiblər. Bildiriblər ki, Arif Həsənovdan pul almayıblar.

Proses martın 13-də davam edəcək.