XƏBƏR LENTİ

04 Avqust 2020

Digər Xəbərlər

06 Sentyabr 2017 - 13:15

Akif Çovdarovun məhkəməsi davam edir –Vəkil bəraət istəyib


Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən Səlim Məmmədovun vəkili Cavid Rzazadə müdafiə çıxışı edib. Cavid Rzazadə hüquqlarını müdafiə etdiyi şəxsin barəsində bəraət hökmünün çıxarılmasını tələb edib.

Hazırda proses davam edir.

Qeyd edək ki, prokuror Akif Çovdarun 15 il, Səlim Məmmədovun 12 il, Orxan Osmanovun və Akif Əliyevin hər birinin isə 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.