XƏBƏR LENTİ

31 May 2020
30 May 2020

Digər Xəbərlər

11 Sentyabr 2017 - 19:46

Akif Çovdarovun məhkəməsi sentyabrın 13-də davam etdiriləcək –“MTN işi”

Bu gün Sabunçu Rayon Məhkəməsinin inzibati binasında ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun cinayət işi üzrə məhkəmənin iclası keçirilib.

“Report”un məlumatına görə, Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə qapalı keçirilən prosesdə təqsirləndirilən S.Məmmədovun vəkili Cavid Rzazadə müdafiə çıxışını edib.

O, müvəkkilinin ittiham olunduğu epizodlardna bir neçəsi – “Yeni Yasamal” MTK epizodu üzrə zərərçəkmiş kimi tanınan Cahangir Alışov və Nəsib Əliyev, “Real” MTK epizodu üzrə zərərçəkmiş İlham Qasımov və digər zərərçəkmiş Mübariz Məmmədovla bağlı çıxış edib.

O, növbəti məhkəmə iclasında yenidən çıxış edəcək.

Proses sentyabrın 13-də davam etdiriləcək.