XƏBƏR LENTİ

11 Avqust 2020

Digər Xəbərlər

08 Sentyabr 2016 - 18:58

Sabiq MTN əməkdaşı:“Çovdarov yalan deyir, şantaj yoluyla vaxtı uzadır”

erestun-1

“Düşünmürəm ki, Akif  Çovdarov sabiq nazirliyin agentura şəbəkəsini ifşa etsin və ya edə bilsin. Çünki bu, cəsarət tələb edir, belə cəsarət isə Çovdarovda yoxdur. Hətta açıqlasa belə, heç nə baş verməz”.

Bu haqda Gununsesi.info-ya Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri, keçmiş MTN əməkdaşı Ərəstun Oruclu fəaliyyəti dayandırılmış MTN-nin sabiq generalı, hazırda həbsdə olan Akif Çovdarovun agenturaya ayrılan vəsaiti mənimsəməsi ilə bağlı onun məlum açıqlamasına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Çovdarov və həbs edilən digər şəxslər rəhbərlikləri dövründə o qədər kobud və cinayətkar üsullarla işləyiblər ki, onların bütün agentura şəbəkəsi deməsələr belə, onsuz da bəllidir: “Hansı agentə nə qədər veriblər, onlara hansı çirkli işləri gördürüblər, bunu əksəriyyət artıq bilir. İctimai-siyasi sektorda olanlar haqda məlumatlar kifayət qədərdir. Sadəcə, o, hazırda “boğulan saman çöpündən yapışır” prinsipindən hərəkət edir. Çovdarov çalışır ki, şantaj yoluyla özünü düşdüyü vəziyyətdən xilas etsin. Çünki o, öz keçmiş rəhbərinin və cinayət ortağının tapşırıqlarını icra edib. Düşünür ki, bu yolla gündəmi zəbt edən mövzular çıxarıb, özünə qarşı yumşalmaya nail ola bilər. Ancaq qapalı nə qalıb ki..? Hər şey açılıb. Onlar Azərbaycan dövlətinin əməliyyat sirlərini xarici dövlətlərə satıblar. Bu haqda dövlət rəhbərliyi də hər şeyi  bilir. Ona görə də daha açılası heç nə qalmayıb. Adam belə açıqlamarla ancaq özünü xilas etməyə çalışır. Yəni, şantaj yoluyla vaxtı uzadır. Onun çıxışları tamamilə məntiqsizdir. Çovdarov yalan deyir. O pulların hamısını büdcədən siliblər. Quldurluqla ədə etdikləri pulları da əgər agenturaya xərcləyiblərsə, o zaman Çovdarovun yüz milyonları haradandır? O, bəlkə də milyarderdir“.

Ə.Oruclu deyib ki, A.Çovdarov hazırda Rusiyada oğurluq və fırıldaqlıqla əldə etdiyi pullarla ən böyük investisiyalara sahib olanlardan biridir: “Maasla yaşayan ciddi qurumun məmurunda bu pullar haradandır? O da bu pulları başqaları kimi maasla toplayıb? Yenə deyirəm, bunlar hamısı düşdüyü vəziyyətdən özünü xilas etmək üçün atılan addımlardır. Sadəcə, onlara qarşı qətiyyətli addımlar atılır və Çovdarov da ürəklənib müxtəlif üsullarla özünü xilas etməyə çalışır. Burada isə ciddi heç nə yoxdur. Əgər həmin hesabatı verə bilirsə, versin də… Bu adamın danışdıqlarının hamısı şantajdır. Ona görə də, ağzına gələni danışır. Çovdarovun peşəkar əməliyyatlardan xəbəri yoxdur. O adi bir qanqster, quldur olub. Onu belə ciddi bir orqanda gətirib, general-mayor rütbəsinədək çatdırıblar. İndi isə adam əsil qiyafəsinə qayıdıb. Çovdarov ciddi müzakirə predmeti ola bilməz. Ciddi müzakirə predmeti Çovdarovun arxasında dayanan sabiq nazir Eldar Mahmudov ola bilər. Eldar Mahmudov nə qədərki azadlıqdadır, Akif Çovdarov hələ çox şey sayıqlayacaq”.