XƏBƏR LENTİ

23 Sentyabr 2019

Digər Xəbərlər

11 Fevral 2019 - 22:33

Sərdar Həmidovun oğlu danışdı:“Ayaz Mütəllibova suallarım var”-VİDEO

Tərtər rayonunun sabiq icra hakimiyyətinin başçısı, Tərtər özünümüdafiə batalyonunun komandiri Sərdar Həmidovun haqqında son günlər bəzi açıqlamalar verilib. Bu açıqlamalar sabiq Daxili İşlər naziri İsgəndər Həmidovun “Azadlıq salnaməsi”nə verdiyi müsahibədən sonra başlanan qalmaqallı müsahibələrdə deyilib. İsgəndər Həmidovun nazir olduğu zamanlara aid verdiyi müsahibədən sonra “El hərəkatı” partiyasının sədri Əflan İbrahimov bizimlə əlaqə saxladı və İsgəndər Həmidova cavab vermək istədiyini dedi. Biz onun haqqını tanıyaraq Əflan İbrahimovla müsahibə götürdük və Əflan İbrahimov müsahibəsində bəzi qalmaqallı olaylardan danışdı. Əflan İbrahimov 1994-cü ildə Sərdar Həmidovun Moskvaya, Ayaz Mütəllibovun yanına göndərildiyini, onun Ayaz Mütəllibovdan bəzi xahişlər etdiyini dedi. Guya Sərdar bəy Ayaz Mütəllibovdan Tərtərin bir neçə kəndinin alınmasını xahiş edib. Bu skandal məlumatdan sonra zatən uzun zamandır planlaşdırdığımız Şəhriyar Məcidzadədən müsahibə götürmək arzumuz reallaşdı. Fürsət varkən digər suallara da aydınlıq gətirdik.

Şəhriyar Məcidzadə Azərbaycan ictimai-siyasi fikrinin önəmli cavanlarından biridir. Uzun müddət gənclər arasında təşkilatlanma ilə məşğul olub. Milli Fikir Mərkəzinin sədri kimi bir çox önəmli layihələrin müəllifi olub. Hakimiyyət bunu belə xor görüb və Milli Fikir Mərkəzini təqib edərək onun bağlanmasına yol açıb. Bizim söhbətimiz əslində, bu və digər suallar ətrafında olmalı idi. Amma İsgəndər Həmidovun və ona cavab verən Əflan İbrahimovun müsahibələrindən sonra Şəhriyar Məcidzadə ilə bizim də gündəmimiz dəyişdi.

“Azadlıq salnaməsi”nin 32-ci qonağı Tərtər qəhrəmanı Sərdar Həmidovun oğlu Şəhriyar Məcidzadədir. Buyurun, dinləyin…

Əvəz Zeynallı,

“Azadlıq salnaməsi”

 

 

Strateq.az