XƏBƏR LENTİ

30 Sentyabr 2020
29 Sentyabr 2020

Digər Xəbərlər

03 Oktyabr 2016 - 12:11

Belçikanın Azərbaycandakı yeni səfiri siyasətdən yox, şokaladdan danışdı

belcika-sefir

“İtalyanlar üçün makaron, yaponlar üçün suşi, amerikalılar üçün qamburqer, azərbaycanlılar üçün dolma nə deməkdirsə, belçikalılar üçün də şokalad odur”.

Bunu Strateq.az əməkdaşıyla söhbətində Belçikanın Azərbaycandakı yeni səfiri Bert Skufs  deyib.

O, avqust ayından Bakıda olduğunu və buranın ona xoş təəssürat bağışladığını deyib. Bekçikalı diplomat deyir ki, ondan tez-tez Vətəndən uzaqda olduğu üçün darıxıb- darıxmadığını soruşurlar və o da bu suallara belə cavab verir: “Darıxıram, ailəm, dostların və təbii ki, Belçika şokaladı üçün”.

Sözünə əlavə edən Bert Skufs Belçika şokaladının özünəməxsusluğunun sirrini açıqlayıb: “İsveçrə ilə birlikdə, Belçika yeganə ölkədir ki, şokalad istehsalının tərkibi yalnız kako yağı, kakao, şəkər və süd tərkibli məhsullar istifadə edərək qanuni olaraq məhdudlaşdırılır. Xüsusi dad, tərkibində kakao tozunun daha çox olmasının nəticəsidir. Belçika şokaladının tərkibi, adətən, 43 faiz kakao tozundan ibarət olur (Müqayisə üçün adi şokaladda 20 faiz olur)”. 

Onun sözlərinə görə, hazırki dövrdə Belçikada hər il 172 000 ton şokalad məhsulu istehsal olunur. Bunun hamısını yerləşdirmək üçün nazik, çox yumşaq, karamelləşdirilmiş və bir az qızardılmış “Speculaas” peçenyesindən istifadə olunur. “Speculaas” daha az məşhur olsa da, artıq dünyada daha çox sevilir. Səfirin sözlərinə görə, yaxın vaxtlarda bu peçenyeləri Bakıdakı supermaketlərdə görmək mümkün olacaq.

Şokaladla bağlı açıqlamasına davam edən belçikalı diplomat deyib ki, Belçika məhsullarından hazırlanmış desertlərdən biri də Belçika trayfılıdı. Xüsusi olaraq, bu deserti hazırlamaq üçün iki inqrediyetdən istifadə olunur: “şokalad” və “spekulaas”.

Laçın SƏMLA