XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

03 October 2016 - 14:28

Papayla prezident İlham Əliyev bir-birinə nə bağışladı?

papa-hediye

Oktyabrın 2-də Bakıya səfəri zamanı Roma papası Fransisk prezident ailəsi ilə də görüşüb. Onlar bir-birilərinə hədiyyələr bağışlayıblar. (AzərTAc)

Vatikan tərəfindən çəkilərək Youtube-a yerləşdirilən videoda Papaya bağışlanan bu hədiyyələr əks edilib. Roma Papası Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya rəsm əsəri hədiyyə edib. Bu rəsm əsəri dünyada mərhəmət əməllərini nümayiş etdirir.Prezident İlham Əliyev Roma Papasına Azərbaycan sənətkarlarının əl işlərindən ibarət hədiyyələr təqdim edib. Prezident deyib ki, Azərbaycan xalçalar məkanıdır: "Bu, bizim milli sənətimizdir. Bu, bizim xalça hədiyyəmizdir."

Roma Papası Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya Meksikada hazırlanan və əl işi olan Tukan quşlu sini hədiyyə edib. Sini Roma Papası Fransisk tərəfindən yazdırılmış həsretmə lövhəsi ilə bəzədilib.