XƏBƏR LENTİ

20 Sentyabr 2020
19 Sentyabr 2020

Digər Xəbərlər

04 Oktyabr 2016 - 13:44

“Bu cür sosial sifariş yoxdur” –YAP-dan Şeyxin dini telekanal təklifinə reaksiya

siyavus

"Düşünürəm ki, yerli telekanal həftə ərzində ən azı 1 saat dini veriliş yayımlasa, bu, elə həftədə 24 saatdan çox edir".

Bu sözləri Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov Modern.az-a müsahibəsində deyib.

Deputatın sözlərinə görə, Azərbaycanda regional və mərkəzi televiziyalar fəaliyyət göstərir. Bu televiziyalar da Azərbaycan əhalisi üçün kifayətdir:

“Həmin televiziyalarda dini izahatların verilməsinə böyük ehtiyac var. Azərbaycan Dövlət Televiziyasında akademik Vasim Məmmədəliyev 25 ildir dinə aid veriliş aparır. Bundan başqa da hansısa verilişlərə bu və ya digər məsələ ilə bağlı olaraq din xadimləri, ilahiyyatçılar dəvət olunur. Amma mütəmadi olaraq Qurani-Kərimin, şəriətin, islam hüququnun izahatına bütün televiziyalar həftədə 1 saat ayıra bilər. Bu baxımdan ayrıca dini telekanalın açılmasına ehtiyac qalmır.

Ölkədə televiziya açmaq özəl bir işdir. İstənilən şəxs qanunvericilik çərçivəsində Milli Televiziya və Radio Şurasına müraciət edərək, telekanal aça bilər. Qafqaz Müsəlmanları İdarəsi də bu quruma müraciət edərək, dini telekanalın açılması ilə bağlı tezlik yaradılması təklifini irəli sürə bilər.

Bu, artıq Qafqaz Müsəlmanları İdarəsi ilə Teleradio Şurası arasında olan məsələdir. Amma bunu da nəzərə almaq lazımdır ki, ölkədə yeni dini televiziya yaratmaq üçün əhalidən də sosial sifariş gəlməlidir. Mən şəxsən hesab edirəm ki, bu cür sosial sifariş yoxdur”.