Bu gün Pekində Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyasının ictimai-siyasi işlər şöbəsinin rəhbəri Əli Həsənov çin Kommunist Partiyasının Mərkəzi Komitəsinin üzvü Du Tsinlinlə görüşüb.
Virtualaz.org xəbər verir ki, məlumatı çinin rəsmi xəbər agentliyi “Sinxua” yayıb. Görüşdə Du Tsinlin bildirib ki, çinlə Azərbaycan arasında münasibətlərdə partiyalararası əlaqələr mühüm rol oynayır.
O, çin Kommunist Partiyasının YAP-la əməkdaşlığı dərinləşdirmək və iki ölkə arasında münasibətlərin inkişafına stium vermək niyyətində olduöunu deyib. Əli Həsənov isə öz növbəsində bildirib ki, Azərbaycan tərəfi çinin İpək yolu iqtisadi zolağının yaradılmasına dair təşəbbüsünü dəstəkləyir, eyni zamanda çin Kommunist Partiyası ilə dostluq münasibətlərini möhkəmləndirməyə hazırdır.