XƏBƏR LENTİ

27 Sentyabr 2020
26 Sentyabr 2020

Digər Xəbərlər

04 Oktyabr 2016 - 23:17

Prezident İranla bağlanan memorandumu təsdiq etdi –Fərman

ilham-eliyev-teze

Azərbaycan prezidenti İlham Əliyev 2016-cı il avqustun 7-də Bakı şəhərində Azərbaycanın Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə İranın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi arasında elektron təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumunun təsdiq edilməsi barədə fərman imzalayıb.

Strateq.az xəbər verir ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə Anlaşma Memorandumunun müddəalarının həyata keçirilməsini təmin etmək tapşırılıb.

Azərbaycan Xarici İşlər Nazirliyi isə Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə İran hökumətinə bildiriş göndərməlidir.