XƏBƏR LENTİ

24 Sentyabr 2020
23 Sentyabr 2020

Digər Xəbərlər

05 Oktyabr 2016 - 09:12

Almaniya “Ərdoğanı təhqir işi”ni bağladı:Təhqir şeir formasında olduğundan

tehqir-almaniya

Almaniya prokurorları Türkiyə prezidenti Rəcəp Tayyip Ərdoğanın təhqir edilməsində ittiham olunan televiziya məzhəkəçisinə dair cinayət işinə xitam veriblər.

Strateq.az Azadliq Radiosuna istinadla xəbər verir ki, ölkənin qərbindəki Mayntz şəhərinin prokurorluğu Jan Boehmermann barəsində cinayət ilşinin davam etdirilməsi üçün kifayət qədər sübutlar tapılmadığı haqda bəyanat yayıb.

Boehmermann ötən mart ayında bir televiziya proqramında cənab Ərdoğana seksual eyhamlar atan satirik şeir oxumuşdu. Cənab Ərdoğan bununla əlaqədar şərəf və ləyaqətinin təhqir edildiyinə dair rəsmi şikayət vermişdi.

Oktyabrın 4-də yayılmış bəyanatda prokurorluq bildirib ki, “bu işdə cinayətkar hərəkətlərin mövcudluğu zəruri əminliklə müəyyənləşdirilməyib”.

Bəyanatda deyilir ki, cənab Boehmermannın iddia edilən təhqiri şeir formasında olduğundan onu rəsmiləşdirmək mümkün olmayıb.

Ötən aprel ayında Türkiyə ilə münasibətlərin pozulmasını istəməyən kansler Angela Merkel məzhəkəçiyə qarşı mümkün cinayət işinin açılmasına yaşıl işıq yandırmışdı.

O vaxt mətbuat xanım Merkeli söz azadlığını müdafiə etməməkdə günahlandırmışdı. Almaniya qanunlarına əsasən bu cinayət işini hökumət kabineti sanksiyalaşdırmalı idi.

Buna baxmayaraq, Angela Merkel xarici dövlət nümayəndələrinin təhqirinə görə məsuliyyət nəzərdə tutan, lakin, demək olar, istifadə edilməyən 103-cü maddənin ləğvinə çağırmışdı.