XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

05 October 2016 - 17:30

Məmmədyarov makedoniyalıhəmkarı ilə görüşüb

Avropa İttifaqının Əfqanıstan üzrə konfransında iştirak etmək üçün Belçikada işgüzar səfərdə olan xarici işlər naziri Elmar Məmmədyarov bu gün Makedoniyanın xarici işlər naziri Nikola Poposki ilə görüşüb.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə nazirlər Azərbaycan və Makedoniya arasında ikitərəfli əlaqələrin inkişaf perspektivlərinə dair ətraflı fikir mübadiləsi aparıblar. İki ölkə arasında enerji, nəqliyyat və turizm sahəsində əməkdaşlığın genişləndirilməsi üçün əlverişli imkanların olduğu vurğulanıb.

Tərəflər yüksək səviyyəli qarşılıqlı səfərlərin təşkili və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın davam etdirilməsinin vacibliyini qeyd ediblər.