Milli Məclisin bir qrup deputatı oktyabrın 8-də Gürcüstanda keçiriləcək parlament seçkilərini müşahidə etmək üçün Tbilisiyə səfər edəcək.
Milli Məclisdən verilən məlumata görə, deputatlar Sabir Hacıyev Avropa Şurası Parlament Assambleyasının, Əli Məsimli GUAM Parlament Assambleyasının müşahidəçilər qrupunun tərkibində, Əflatun Amaşov və Hikmət Məmmədov ölkəmizi təmsil edən nümayəndə heyətinin xətti ilə səsvermə prosesini izləyəcəklər.
Azərbaycan parlamentariləri müxtəlif seçki məntəqələrində olacaq, səsvermənin gedişini, seçici fəallığını müşahidə edəcəklər.