XƏBƏR LENTİ

27 Noyabr 2020
26 Noyabr 2020

Digər Xəbərlər

06 Oktyabr 2016 - 14:30

Deputatdan ABŞ dövlət katibinə sərt ittiham:“Əslində, Con Kerri deməli idi ki...”

fezail

“Con Kerri bu cür bəyanat səsləndirməklə bir daha ermənilərə sədaqətini nümayiş etdirdi”.

Bunu Milli Məclisin deputatı Fəzail Ağamalı ABŞ dövlət katibi Con Kerrinin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı səsləndirdiyi "liderlər buna hazır deyillər" açıqlamasına münasibət bildirərkən deyib.(Trend)

F.Ağamalı bildirib: "Hər kəsə bəllidir ki, Con Kerrinin bir siyasətçi kimi formalaşmasında, onun siyasi arenadakı fəaliyyətində və bugünki səviyyəyə qalxmasında erməni lobbisinin rolu var. Con Kerrinin ermənilərin maraqlarına xidmət edən bu cür bəyanatı əslində, onun hakimiyyətdə təmsil olunduğu vaxtda işğal olunmuş Azərbaycan torpaqlarının azad edilməsində ABŞ-ın qətiyyətli mövqeyinin ortaya qoyulmasına kifayət qədər problemlər yaratdığını və mane olduğunu göstərdi”.

Deputat deyib ki, C.Kerri hər zaman ermənilərin yanındadır və şübhəsiz ki, sabah da mövqeyini dəyişməyəcək: “Əslində, Con Kerri deməli idi ki, Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarını azad etmək üçün danışıqlara hazır deyil. Con Kerrinin mövqeyi həqiqəti ifadə etmir və son dərəcə ədalətsiz, qərəzlidir. Azərbaycan münaqişənin həlli üçün hər zaman konstruktiv danışıqlara üstünlük verib. Təəssüf ki, Con Kerri bilərəkdən ermənilərin xeyrinə olan bəyanat səsləndirir. Bu, onun işğalçıya dəstək göstərdiyinin ifadəsidir”.

F.Ağamalı əlavə edib ki, C.Kerri ATƏT-in Minsk qrupunun həmsədri olan ABŞ-ın dövlət katibi kimi bu cür bəyanatla çıxış etməli deyildi: “O, Ermənistana işğalçı dövlət kimi təzyiq göstərməli idi ki, işğal etdiyi Azərbaycan torpaqlarından qoşunlarını çıxartsın. Bunun əksinə olaraq, Con Kerri və onun ətrafında olan insanlar işğalçı ilə bərabər olduqlarını bir daha ortaya qoydular”.