XƏBƏR LENTİ

27 Sentyabr 2020
26 Sentyabr 2020
25 Sentyabr 2020

Digər Xəbərlər

10 Oktyabr 2016 - 13:36

Hacı Əbdül:“Eldar Mahmudovu tövbə etməyə çağırıram”

eldar-111

“Keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovu tövbə etməyə çağırıram”.

Bunu modern.az-a açıqlamasında “Tövbə” cəmiyyətinin sədri hacı Əbdül Əbdülov bildirib.

O deyib ki, ümumiyyətlə hər hansı kiçik günahı olan şəxsləri  tövbəyə çağırmaq lazımdır.

“Nəinki Eldar Mahmudovu, zərrə qədər səhvi, günahı olan insanı da tövbəyə dəvət edirəm. Kiminsə bilərəkdən ya da bilməyərəkdən xalqa, millətə, dövlətə qarşı xoşagəlməz hərəkətləri olubsa, onları tövbəyə çağırıram. Eldar Mahmudov və digərləri də bura aiddir. Tövbə qapısı Allahın qapısıdır və hamının üzünə açıqdır”,-deyə o əlavə edib.

Hacı Əbdül keçmiş müdafiə naziri Səfər Əbiyevlə sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovu da tövbəyə çağırıb. “Səfər Əbiyev də, Füzuli Ələkbərov da bu millətin, xalqın övladlarıdır. Biz bu keçmiş nazirləri də tövbəyə dəvət edirəm. Gəlsinlər, tövbə etsinlər”.