XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

10 Oktyabr 2016 - 17:07

Putin:“Neft erasının bitməsi barədə deyilənlərin əsası yoxdur”

Putin

"“Karbohidrogen erası bitmək üzrədir” demək üçün hələlik real əsas yoxdur".

 Bunu İstanbulda keçirilən Ümumdünya Enerji Konqresində çıxış edən Rusiya prezidenti Vladimir Putin bildirib.

 "Neftin qiyməti iki dəfədən çox aşağı düşəndə, çoxları deyirdi ki, karbohidrogen erası bitmək üzrədir, alternativ enerji mənbələrinə istiqamətlənmək lazımdır. Fikrimcə, hələlik belə nəticəyə gəlmək üçün real əsas yoxdur", – deyə Putin qeyd edib.