XƏBƏR LENTİ

21 Oktyabr 2020

Digər Xəbərlər

10 Oktyabr 2016 - 19:42

İşsizlik, manat, qiymət artımı, kredit… –ADP-də müzakirə

adp

Bu gün ADP İdarə Heyətinin növbəti toplantısı keçirlib.

Partiyadan Strateq.az-a verilın məlumata görə, toplantıda ölkə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi proseslər əsas müzakirə obyekti olub.

Toplantı iştirakçıları ilk növbədə ölkədə işsizliyin, artması, yoxsulluğun son həddə çatması, manatın devalvasiyası, qiymət artımı, iqtisadi sistemin çöküşü ilə müşahidə olunan sosial iqtisadi və maliyyə böhranının getdikcə dərinləşməsi haqda məsələyə münasibət bildirib. Baş verən sosial-iqtisadi böhranın əsas səbəblərinə diqqət çəkən partiya yetkililəri bu böhranın əsas qaynağının hakimiyyətin yeritdiyi yanlış iqtisadi siasətdən döğduğunu qeyd edib və vəziyyətin normallaşması üçün hakimiyyət tərəfindən göstərilən inzibati cəhdlərin, vergi və rüsum dərəcələrinin artırılması kimi cari tədbirlərin səmərəsiz olduğunu bildirib.

Qeyd edilib ki, hakimiyyət iqtisadi proseslərə inzibati müdaxilələr yolundan əl götürməli beynəlxalq ekspertlərin cəlb edilməsi ilə antiböhran proqramının həyata keçirilməsi üçün təcili tədbirlər görməlidir.

İdarə Heyəti ABŞ-ın qondarma “Dağlıq Qarabağ” rejiminə dəstək olaraq müşahidə kəşfiyyat sisteminin satılması ilə bağlı atdığı addımı qətiyətlə pisləyib və bu cür addımların adı çəkilən ölkənin ATƏT-in Minsk qrupundakı barışdırıcılıq missiyasına zidd olduğunu, separatizmin dəsdəklənməsinə, bölgədə uzun müddətli sülhün pozulnmasına xidmət etdiyini və faktiki olaraq Dağlıq Qarabağı Azərbaycanın yurisdiksiyasından çıxarılıb Ermənistana verilməsi kimi riyakar məqsəd güddüyünü bildirib.

İdarə Heyəti Gürcüstanda baş tutan seçkiləri demokratik, ədalətli və gürcü xalqının mənafelərini ifadə edən seçki kimi təqdir edib və Cənubi Qafqaz ölkələrinə örnək olan bu seçkini Gürcüstanın uzun illərdən bəri Avroatlantik məkana inteqrasiya istiqamətində əldə etdiyi  növbəti nailiyyət kimi dəyərləndirib.

İdarə Heyəti Azərbaycanda yaşanan siyasi məhbus probleminə bir daha münasibət bildirib və bu problemin aradan qaldırılması istiqamətində hakimiyyətin ciddi səylər göstərməməsini iqtidarın insan hüquq və azadlıqlarına, beynəlxalq hüquq normalarına sayğısızlıq kimi dəyərləndirib. İdarə Heyəti Azərbaycan Milli Bankından kredit adı ilə yüz milyonlarla vəsaiti mənimsəyən məmurlar haqda 7 il həbs cəzası kəsilməsi müqabilində ölkə sistemində korrupsiya və rüçvətxorluğa etiraz olaraq tutduğu vəzifədən istefa verən Rüfət Səfərovun saxta rüşvət ittihamları ilə 9 il azadlıqdan məhrum edilməsi faktını qətiyyətlə pisləyib və hakimiyyəti insanları siyasi mənsubiyyətinə görə həbsə atmaq siyasətinə son qoymağa çağırıb.