XƏBƏR LENTİ

27 Noyabr 2020
26 Noyabr 2020

Digər Xəbərlər

13 Oktyabr 2016 - 17:12

Avropa İttifaqının nümayəndəsi:“Çox şadam ki, biz bu dialoqa yenidən başlamışıq”

 malena

Azərbaycanla Avropa İttifaqı (Aİ) arasında alt komitələrdən bu gün üçüncüsünün iclası baş tutub.

 Bunu Aİ-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Malena Mard bildirib.

 Onun sözlərinə görə, sabah 4-cü alt komitənin iclası keçiriləcək: "İki həftə əvvəl ticarət və iqtisadiyyat alt  komitəsinin iclası keçirildi. Biz hesab edirik ki, bu komitələrin iclası vasitəsilə azərbaycanlı həmkarlarımızla çox vacib məsələlərə dair fikir mübadiləsi aparmaq imkanı əldə edirik. Mən çox şadam ki, biz bu dialoqa yenidən başlamışıq. İlin sonuna yaxın nəqliyyata aid çox vacib məsələləri əhatə edən enerji alt komitəsinin iclasını keçiriləcəyinə ümid edirik. Əməkdaşlığın müxtəlif sahələrinə dair konkret nəticələr əldə ediləcəyinə də ümidvaram".