"Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Türkiyənin Dağlıq Qarabağ münaqişəsinin həllində müsbət rol oynaya bilməsi ilə bağlı fikirləri tərəflərin münasibətlərin yeni səviyyəsinə çıxmasından xəbər verir".
Bu barədə Trend-ə siyasi analitik, Vaşinqtonda "Gulf State Analytics"in baş məsləhətçisi Teodor Karasik deyib.
Onun sözlərinə görə, bu yaxınlarda Türkiyə və Rusiya rəhbərlərinin görüşündə nəinki İŞİD-lə mübarizə yolları və Suriya böhranı müzakirə olundu, eləcə də Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı fikir mübadiləsi aparıldı:
"Azərbaycanın energetika sahəsində əməkdaşlıq və infrastruktur layihələri məsələlərində Türkiyəyə etibar etdiyini nəzərə alaraq, Rusiya hesab edir ki, Türkiyə münaqişənin həllinə kömək edə bilər".