XƏBƏR LENTİ

23 Sentyabr 2020
22 Sentyabr 2020

Digər Xəbərlər

14 Oktyabr 2016 - 20:14

Marneulidə seçki etirazçılarının məhkəməsi:"Faktlar təsdiqlənməyib"

marnueli

Bu gün Rustavi Şəhər Məhkəməsində Marneuli seçki dairəsinin 48 nömrəli Qızılhacılı seçki məntəqəsində baş verən qarşıdurma ilə bağlı məhkəmə iclası başa çatıb.

Strateq.az APA-ya istinadən xəbər verir ki, saxlanılan 6 nəfərin qohumları və kənd sakinləri məhkəmə binası ətrafına toplaşıblar. Onlar saxlanılan şəxslərin cərimə ödənilib azad olunmasını tələb ediblər.

“Burçuladze-Xalq üçün” partiyasından parlament seçkilərində namizəd irəli sürülən İsrafil Bayramov məhkəmə prosesinin dekabrın 6-da keçiriləcəyini bildirib.

O, məhkəmədə gənclərin cinayət törətmələri barədə iddiaların təsdiqini tapmadığını qeyd edib: “Məhkəmədə faktlar təsdiqlənməyib. Ona görə də təkrar iclas dekabrın 6-da olacaq”.

İ. Bayramov azərbaycanlı gənclər barədə 2 ay müddətinə həbs-qətimkan tədbirinin seçildiyini bildirib.

Qeyd edək ki, onlar oktyabrın 13-də yaşadıqları Qızılhacılı kəndində saxlanılıb.