XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

15 Oktyabr 2016 - 02:10

Tanınmış alim Borçalıda baş verənlərlə bağlı müraciət yaydı:"Qarşıdurma heç birimizin maraqlarına uyğun deyil"

kerem-memmedov-1

8 oktyabr 2016-cı ildə  Gürcüstan parlamentinə seçkilər günü Marneuli rayonunun Qızılhacılı kəndində baş vermiş qarşıdurma və bəzi sakinlərin həbsi ilə bağlı "Borçalı" İctimai Birliyinin sədri, tanınmış tarixçi alim Kərəm Məmmədov  Gürcüstanın dövlət  rəhbərliyinə və ictimaiyyətə müraciət edib.

Kərəm Məmmədovun Strateq.az-a daxil olan həmin müraciətində deyilir: "Oktyabrin 8-də  keçirilən parlament seçkiləri  Gürcüstanda yaşayan bütün millətlərin həyatında  tarixi  səhifə açıb. Bu seçkilər qardaş ölkənin  yeni inkişaf mərhələsinə qədəm qoyacağına böyük ümidlər verir. Ancaq azərbaycanlıların sıx yaşadıqları Marneuli rayonunun ən böyük kəndlərindən olan Qızılhacılıdakı 48 saylı seçki məntəqəsində seçkinin nəticəsinə etirazlar zamanı  baş vermiş qarşıdurma  və  bu hadisəyə görə 6 nəfərin həbsi narahatlığımıza səbəb olub".

Müraciətdə vurğulanır ki, seçki kampaniyası dövründə Gürcüstan dövlətinin rəsmiləri xalqı  fəal olmağa və verdikləri səsin məsuliyyətini daşımağa çağırıblar və Qızılhacılıdakı 48 saylı seçki məntəqəsində səsvermə zamanı  baş verən qarşıdurma da məhz secki prosesində yol verilən neqativ hallara qarşı etirazdır: "Hesab edirik ki, bu qarşıdurmanın və gərginliyin davam etməsi Gürcüstan dövlətinin və həmçini bölgədə yaşayan soydaşlarmızın maraqlarına ziddir. Gürcüstanın hüquq-mühafizə orqanlarını daha təmkinli davranmağa, yaranmış  qarşıdurmanın böyüyərək, seçkilərin üzərinə kölgə salmasına imkan verməməyə, seçiciləri isə  öz hüquqları uğrunda qanun çərçivəsində mübarizə aparmağa çağırırıq".

Müraciətinin sonunda Kərəm Məmmədov bildirir: "Borçalı İctimai Birliyi Gürcüstanda demokratik prosesləri, insan hüquq və azadlıqlarının tam təmin olunması istiqamətində atılan bütün addımları  dəstəkləyir  və yaranan qarşıdurmanın hüquq müstəvisində, ədalətli həll olunacağına dərin ümid bəsləyir".