XƏBƏR LENTİ

21 Oktyabr 2020
20 Oktyabr 2020

Digər Xəbərlər

15 Oktyabr 2016 - 11:31

Türkiyə Lavrovun Dağlıq Qarabağ bəyanatınımüsbət qiymətləndirir

"Ankara Rusiya XİN rəhbəri Sergey Lavrovun Dağlıq Qarabağ münaqişəsinin həllində Türkiyənin müsbət rol oynaması imkanı barədə səsləndirdiyi bəyanatını müsbət qiymətləndirir. Bu barədə Türkiyə XİN-dən Trend-ə eksklüziv müsahibədə deyiblər".

Qeyd edək ki, ötən gün Rusiyanın xarici işlər naziri Sergey Lavrov Yerevanda jurnalistlərə bəyan edib ki, Türkiyə Dağlıq Qarabağ münaqişəsinin həllində müsbət rol oynaya bilər.

Agentliyin müsahibi bildirib ki, Türkiyə Dağlıq Qarabağ məsələsində həmişə Azərbaycanın arxasındadır və problemin Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində həllinin tərəfdarıdır.

XİN rəsmisi qeyd edib: “Türkiyə şübhəsiz ki, bu məsələdə Azərbaycanın mövqeyini dəstəkləyəcək. Bununla əlaqədar ATƏT-in Minsk qrupunun üzvü kimi Türkiyə münaqişənin nizamlanması prosesini diqqətlə izləyir və Azərbaycanla sıx əlaqələr qurmaqla prosesin həllinə yardım etməyə çalışır.