XƏBƏR LENTİ

26 Noyabr 2020
25 Noyabr 2020

Digər Xəbərlər

15 Oktyabr 2016 - 16:19

Ekspert:"Lavrovun Dağlıq Qarabağla bağlı bəyanatı xüsusi əhəmiyyət kəsb edir"

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Türkiyənin Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında müsbət rol oynamaq imkanına malik olması barədə bəyanatı bir neçə səbəbdən mühüm əhəmiyyət kəsb edir.

Trend-in məlumatına görə, bunu Türkiyənin Avrasiya Tədqiqatlar Mərkəzinin (AVIM) beynəlxalq münasibətlər üzrə eksperti Turqut Kərəm Tuncel deyib.

Ekspertin fikrincə, S.Lavrovun bu bəyanatı ilk öncə məhz Yerevana aiddir: "Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Türkiyənin münasibətinə Ermənistan mənfi yanaşır. S.Lavrovun isə məhz Yerevanda jurnalistlər qarşısında belə bəyanatla çıxış etməsi onu göstərir ki, Moskva və Yerevan "strateji tərəfdaş" adlansalar da, əslində Ermənistan bütünlüklə Rusiyadan asılıdır. Və Rusiyanı Yereavnın mövqeyi maraqlandırımır".

Ekspert bildirib ki, digər tərəfdən bu bəyanat Türkiyə üçün vacibdir: "Rusiya həmişə Türkiyəni Cənubi Qafqazda və Qara dənizdə siyasi rəqib görüb. Sonuncu bəyanat isə göstərir ki, Moskva və Ankara arasında münasibətlər dərinləşəcək. Artıq münasibətlərin bərpasından sonra Rusiya və Türkiyə vacib tərəfdaşdırlar".

Qeyd edək ki, ötən gün Rusiyanın xarici işlər naziri Sergey Lavrov Yerevanda jurnalistlərə bəyan edib ki, Türkiyə Dağlıq Qarabağ münaqişəsinin həllində müsbət rol oynaya bilər.