XƏBƏR LENTİ

18 Yanvar 2021

Digər Xəbərlər

17 Oktyabr 2016 - 15:21

Səudiyyə kralı prezident İlham Əliyevə məktib yazdı

sefir seudiye.jpg

İki Müqəddəs Məscidin Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səud Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub göndərib.

“Əs-səlami əleykum və rəhmətullahi və bərəkatuhu.

Ölkənizin Dövlət Müstəqilliyi Günü münasibətilə Səudiyyə Ərəbistanı Krallığının xalqı və hökuməti adından, şəxsən öz adımdan Zati-alinizə ən səmimi təbriklərimizi çatdırırıq. Sizə cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan Respublikasının hökuməti və xalqına inkişaf və çiçəklənmə arzu edirik.

Zati-alinizə hörmət və ehtiramla,

Qardaşınız,

 Salman bin Əbdüləziz Al Səud

İki Müqəddəs Məscidin Xadimi,

Səudiyyə Ərəbistanının Kralı