XƏBƏR LENTİ

04 Dekabr 2020
03 Dekabr 2020

Digər Xəbərlər

19 Oktyabr 2016 - 18:08

Ruhani:"Azərbaycan-İran münasibətləri gündən-günə inkişaf edəcək"

İran İslam Respublikasının Prezidenti Həsən Ruhani Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir: "Hörmətli cənab Prezident. Azərbaycan Respublikasının müstəqilliyinin 25-ci ildönümü münasibətilə İran İslam Respublikası dövləti və xalqı adından Zati-alinizi və eləcə də bütün Azərbaycan Respublikası xalqını ürəkdən təbrik edirəm.

Ötən illər ərzində Azərbaycan Respublikasının müxtəlif sahələrdə, o cümlədən iqtisadiyyat sahəsində nəzərəçarpacaq dərəcədə inkişaf etməsindən çox-çox şad olduğumu bildirirəm. Tam əminəm ki, iki ölkə rəhbərlərinin siyasi iradəsindən qaynaqlanan dost və qardaş ölkələrimiz arasındakı dostluq münasibətləri bundan sonra da hər iki ölkənin mənafeyi naminə gündən-günə inkişaf edəcəkdir.

Allah-Təaladan Zati-alinizə möhkəm cansağlığı və müvəffəqiyyətlər, Azərbaycan Respublikası xalqına isə sülh, firavanlıq və əmin-amanlıq arzulayıram".