XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

20 October 2016 - 17:40

Rusiya XİN-in sözçüsü:“Minsk Qrupunun formatında dəyişikliklər barədə məlumatım yoxdur”

zaxarova

"ATƏT-in Minsk qrupunun formatına dəyişikliklərlə bağlı məlumatım yoxdur. Bu barədə hansısa danışıqların aparılması barədə eşitməmişəm”.

 APA-nın məlumatına görə, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Sergey Lavrovun Türkiyənin Dağlıq Qarabağ münaqişəsinin həllinə töhfə verə biləcəyi ilə bağlı açıqlamasına münasibət bildirərkən deyib. O qeyd edib ki, Rusiya Minsk qrupu ölkələrinin konstruktiv rolunu yalnız alqışlaya bilər: “Minsk qrupu ölkələrinin hamısının birbaşa rolu məhz Dağlıq Qarabağ münaqişəsinin həllində konstruktiv rol oynamaq və münaqişənin həllinə töhfə verməkdir”.

Qeyd edək ki, Türkiyə də Minsk qrupunun üzvüdür.