XƏBƏR LENTİ

02 Oktyabr 2020
01 Oktyabr 2020

Digər Xəbərlər

21 Oktyabr 2016 - 11:55

“Müxalifət yenə seçki ərəfəsində fəallaşacaq” –YAP-dan müxalifətə mesaj

aydin

“Azərbaycan müxalifətində ictimai fəallıq yoxdur. Onlar üzərlərinə düşən siyasi məsuliyyəti dərk edib, yerinə yetirə bilmirlər”.

Bunu Yeni Azərbaycan Partiyasının Siyasi Təhlil və Proqnozlaşdırma şöbəsinin müdiri, deputat Aydın Mirzəzadə deyib.

YAP-çı deputatın fikrincə, müxlifət partiyaları, təmsilçiləri ölkədə hər hansı bir əlamətdar hadisənin olmasını gözləyirlər ki, həmin vaxtda üzə çıxıb, mətbuatda görsənsinlər: “Bizdə müxalifət nümayəndələri konkret işlə məşğul olmurlar. Onlar siyas fəaliyyətdən çox sosial şəbəkələrdə status yazmaqla, ara-sıra mətbuatın gündəminə gəlməklə varlıqlarını göstərmək istəyirlər. Bu isə ciddi siyasi fəaliyyət hesab oluna bilməz”.

A.Mirzəzadə qeyd edib ki, müxalifət daim gündəmdə qalmaq üçün müxtəlif yollara əl atır: “Referendumdan sonra yeni seçkinin keçirilməsi ilə bağlı məlumat olmaya-olmaya, guya, növbədənkənar seçkilərə hazırlaşdıqlarını bəyan etdilər. Bu isə gündəmdə qalmağa hesablamış addımdır. Qarşıdan 2018-ci ildə keçiriləcək prezident seçkiləri gəlir. Müxalifət bir qayda olaraq yenə seçki ərəfəsində fəallaşacaq. Sonradan sükuta qərq olacaq. Bir sözlə, onlar cəmiyyətin maraqlarını müdafiə etmək, onu səsləndirmək həvəsində deyillər. Bu xarakterik xüsusiyyəti özləri də yaxşı bilirlər. Bu səbəbdən müxalifət həddindən artıq gücsüzdür, insanlarda onlara qarşı inam yoxdur”.

AzVision.az