XƏBƏR LENTİ

02 Dekabr 2020
01 Dekabr 2020

Digər Xəbərlər

22 Oktyabr 2016 - 16:35

İlham Əliyev:"Bu səfər ikitərəfli əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanlar yaradır"

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Venesuela Bolivar Respublikasının Prezidenti Nikolas Maduro ilə bu gün görüşü olub.

Prezident İlham Əliyev Venesuela Prezidentinin Azərbaycana səfərinin ikitərəfli əməkdaşlığın genişləndirilməsi və ölkələrimiz arasında münasibətlərin müxtəlif sahələrdə inkişafı üçün yaxşı imkanlar yaratdığını vurğulayıb.

Venesuela Prezidenti Nikolas Maduro Azərbaycana səfərinin ikitərəfli əlaqələrin inkişafına yol açacağını deyib. O, bunun hər iki ölkənin regionları üçün əhəmiyyətli olduğunu bildirib.

Görüşdə ticarət, investisiya qoyuluşu, energetika sahələrində əməkdaşlıq əlaqələrinin araşdırılması barədə fikir mübadiləsi aparılıb.

Azərbaycan Prezidenti İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Venesuela Prezidentinə məlumat verib. Dövlətimizin başçısı münaqişənin beynəlxalq hüququn normaları çərçivəsində həllinin vacibliyini vurğulayıb.

Söhbət zamanı dünya bazarında neftin qiymətinin sabitləşdirilməsi baxımından OPEC-ə üzv və üzv olmayan ölkələr arasında əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə beynəlxalq təşkilatlar, o cümlədən Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunub.