XƏBƏR LENTİ

24 Sentyabr 2020
23 Sentyabr 2020

Digər Xəbərlər

24 Oktyabr 2016 - 10:02

Deputat şəhid məzarı üzərində Azərbaycan bayrağının qaldırılmasınıtəklif edir

 

aqil abbas

Milli Məclisdə şəhid məzarları üzərində Azərbaycanın dövlət bayrağının qaldırılmasının qanuna daxil edilməsi ilə bağlı təklif irəli sürülüb.

Bu təkliflə Milli Məclisin deputatı Aqil Abbas çıxış edib.

A.Abbas Trend-ə bildirib ki, təklif Milli Məclisin deputatları və rəhbərliyi tərəfindən müsbət qiymətləndirilib: "Azərbaycanda bu məsələ qanunda öz əksini tapmayıb”.

A.Abbas qeyd edib ki, “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” qanun var: “Bu qanunda bayrağın necə və haralarda asılması göstərilir. Qanunda şəhid məzarı üzərində bayraq qaldırmaq məsələsi yoxdur. Əgər asılırsa, qanunla bayraq oradan götürülməlidir. Şəhid məzarı üzərindən asılan bayraq götürüləndə narazılığa səbəb olur. Bu səbəbdən Milli Məclisdə bununla bağlı təkliflərimi səsləndirərək bildirdim ki, şəhid məzarları üzərində bayrağın qaldırılması məsələsini qanuna daxil edək. Təklifim bəyənilib. Yəqin ki, məsələyə Milli Məclisdə baxılacaq”.