XƏBƏR LENTİ

28 Sentyabr 2020
27 Sentyabr 2020

Digər Xəbərlər

25 Oktyabr 2016 - 10:55

Qarabağ bölgəsinin erməni icması ilə görüş… –XİN-dən Helbert Zalberin Karen Mirzəyanla görüşünə reaksiya

herbert

"Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Helbert Zalberin Yerevanda Karen Mirzəyanla görüşü Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni icması ilə görüş xarakteri daşıyıb. Bu görüş əvvəlcədən Azərbaycan tərəfi ilə razılaşdırılıb".

Bu barədə "Report"a Azərbaycan XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Karen Mirzəyanın Yerevanda Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Helbert Zalber ilə görüşünə münasibət bildirərkən deyib.

H.Hacıyev qeyd edib ki, Bakıda səfəri müddətində Helbert Zalber Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının nümayəndələri ilə də görüşəcək:

"Heç şübhə etmirik ki, bir gün Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları əmin-amanlıq şəraitində və ləyaqətli şəkildə Azərbaycanın bu regionunda yenə birgə yaşayacaqlar. Ona görə də Dağlıq Qarabağın hər iki icması arasında sülh, razılaşma və birgə yaşama istiqamətində səylərin davam etdirilməsi vacib əhəmiyyət kəsb edir. Biz xüsusi diqqət ayrılmalı olan bu məsələləri bütöv barışıq prosesinin vacib aspektləri kimi nəzərdən keçiririk".