XƏBƏR LENTİ

27 Noyabr 2020
26 Noyabr 2020

Digər Xəbərlər

26 Oktyabr 2016 - 14:24

Türkiyədən Moskvaya “yaşıl işıq”:Ərdoğan “türk axını” ilə bağlı sənədləri təsdiq etdi

putin-erdogan-88.jpg

Türkiyə Rusiyanın “Cənub axını” üçün türk iqtisadi zonasında fəaliyyətə başlaması  üçün lazım olan bütün sənədləri təsdiq edib.

Strateq.az bildirir ki, bu barədə “Qazprom”un rəhbəri Miller Rusiya prezidenti Putinlə görüşü zamanı açıqlayıb: “Rusiya ərazisində bütün lazım olan qaznəqledici infrastrukturu hazırlamışıq. Türkiyə də öz növbəsində bütün bu razılaşmaların “türk axını” üçün də keçərli olmasını təsdiq edib.  Biz artıq Qara dənizin türk iqtisadi zonasında, Türkiyə, Bolqarstan istiqamətində olan 250 kilometrlik məsafədə araşdırma aparmaq üçün icazə almışıq”.

Miller qeyd edib ki, hər iki boru xətti 2019-cu ilin sonuna hazır  olacaq. Bu layihə üzrə bir qaz kəməri Türkiyənin ehtiyacları üçün nəzərdə tutulub. Bu borudan vurulacaq 15 milyon 750 min kubmetr qaz türk bazarına ixrac olunacaq. İkinci boru isə Avropa istehlakçıları üçündür. Boru vasitəsilə Türkiyə ərazisindən keçməklə Avropa ölkələri istiqmətində tranzit infrastrukturların yaradılması planlaşdırlır.  

“Türk axını” layihəsi çərçivəsində dənizin dibi ilə çəkiləcək bu kəmərlərdən 31,5 milyard kubmetr qaz hasil ediləcək.