XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

28 Oktyabr 2016 - 16:45

Azərbaycan nümayəndə heyəti AŞ Konqresinin sessiyasında iştirak edib –FOTO

anar-ibrahimov

17-21 oktyabr 2016-cı il tarixlərdə, Strasburqda (Fransa) Avropa Şurasının Yerli və Regional Hakimiyyətləri Konqresinin 31-ci Sessiyası keçirilmiş, Sessiyada Azərbaycan nümayəndə heyəti iştirak edib.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, yerli və regional səviyyədə etika və şəffaflıq devizi altında təşkil olunmuş Avropa Şurasının Konqresinin budəfəki sessiyasında bir sıra nümayəndə heyətləri, o cümlədən Azərbaycan nümayəndə heyətinin də milli münayəndə heyətinin yeni tərkibi təsdiq olunmuş bir sıra məslələr ətrafında müzakirələr aparılıb.

Qurumun cari Sessiyasında bu ilin sentyabr ayında ölkəmizdə keçirilmiş referendumla bağlı məlumat verilib. Toplantılarda çıxış edilərək referendumun gedişi barədə məlumat verilib. Bu prosesi izləyən AŞPA və Avropa İttifaqının Regionlar Komitəsinin səsvermə prosesini yüksək qiymətləndirdiyi nümayəndələrin nəzərinə çatdırılıb, referendumda qəbul olunan Konstitusiyanın yeni normalarının (seçki senzinin ləğv edilərək gənclərin siyasi iştirakı səviyyəsinin gücləndirilməsi, idarəetmənin səmərələşdirilməsinə yönəldilən tədbirlər paketi və s.) ölkəmizin qəbul etdiyi öhdəliklərə tam uyğunluğu və ən əsası Azərbaycan seçicisinin mütləq əksəriyyəti tərəfindən müdafiə olunduğu bildirilib.

Nümayəndə heyəti digər məsələlərin müzakirəsində fəal iştirak etməyə çalışıb.  Nümayəndə heyətinin rəhbəri  “Türkiyədə merlərin vəziyyətinə dair” adlı dinləmələrdə çıxış edib. O, çıxışında Bu ölkədə 15 iyul dövlət çevrilişi cəhdindən sonrakı duruma toxunub, eləcədə Türkiyənin terorrizmlə mübarizəsinə hərtərəfli dəstək verilməli olduğunu, Konqresin də bu siyasəti izləməsinin zəruriliyini vurğulayıb.  

Əlavə olaraq Sessiyanın ilk günündə keçirilən plenar iclasında Azərbaycan nümayəndə heyətinin rəhbəri, Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin deputatı Anar İbrahimov tərəfindən hazılanan sual Avropa Şurasının Baş Katibi Törnbörn Yaqlanda ünvanlanıb.

Sualda bildirilib ki, dünyada mövcud olan 25 milyon məcburi köçkünlərin 5 milyonu Avropa Şurasının üzv-dövlətlərində olduğu halda nə üçün onların hüquqlarının qorunması qurumun prioriteti olmadığı, bəzi insanların fərdi hüquqlarının pozulduğu iddiaları qədər diqqət görmədiyinin səbəbi soruşub, bunun ikili standart olduğu bildirilib. Baş Katib ona ünvanlana suala geniş cavab verib, dolayısı ilə qəbul edib ki, AŞ-nın məcburi köçkünlərin insan hüquqlarının kütləvi pozulmasına reaksiya vermək üçün səmərəli mexanizmi mövcud deyil.

Konqresin 32-ci Plenar Sessiyası 2017 ilin mart ayında Strasburqda keçirilməsi qərara alınıb.

ash-regional-konqres

Strateq.az