XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

19 March 2015 - 10:56

Arktikada döyüş hazırlığı vəziyyəti ən yüksək həddədir

Картинки по запросу военное учение в арктике

Rusiya Baş Qərargahının rəisi Valeri Gerasimov bildirib ki, bu gün Arktikada döyüş hazırlığının yoxlanmasına qatılanların sayı 80 minə çatıb.

Strateq.az Rusiya mətbuatına əsasən xəbər verir ki, qərargah rəisi Rusiyanın Milli müdafiəni idarə mərkəzindəki selektor müşavirədə deyib: “Təlimdə iştirak edən şəxsi heyətin sayı 80 min nəfərə çatdırlıb, aviasiya texnikasının sayı isə 220 ədədə qədər artıb”.

Gerasimov qeyd edib ki, bu gün Qərb və Mərkəz hərbi dauirələrinin daha bir birləşməsi həyəcan siqnalı ilə qaldırılıb və təyin edilmiş rayonlara göndərilib, yoxlanışda iştirak edən birləşmələr və hərbi hissələr yüksək dərəcəli döyüş hazırlığı vəziyyətinə gətirilib.