XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

31 October 2016 - 14:43

İran parlamentində ilk dəfə türk deputatlarının fraksiyası yaradılıdı:100 deputat öz rəhbərini seçib

iran-parle

İranın Azərbaycan türklərinin yaşadığı bölgələrini təmsil edən deputatlar parlamentdə fraksiya yaradıblar.

Strateq.az İRİB-ə istinadən bildirir ki,bu barədə fraksiyanın sözçüsü Zəhra Sai İSNA agentliyinə bildirib.

O, bildirib ki, türklərin yaşadığı bölgələri təmsil edən fraksiya parlamentin 100 deputatının iştirakı ilə yaradılıb. “Bunlardan 25 nəfəri mərkəzi şuranın üzvləridir. İclasda rəyasət heyəti üçün də seçki keçirildi və nəticədə Məsud Pezeşkian fraksiyanın rəhbəri seçildi”.

Xanım Zəhra Sainin dediyinə görə, Urmiyənin deputatı Nadir Qazipur və Ərdəbildən olan millət vəkili Rza Kərimi fraksiyanın sədr əvəzi seçiliblər.

Güney Azərbaycanın türk bölgələrini təmsil edən  fraksiyasının sözçüsü belə bir fraksiyanın yaradılmasının məqsədi barədə deyib: “Ölkədə türk sakinli bölgələrin genişliyini, bu bölgələrdə problemlərin həlli üçün strateji idarəetməni nəzərə alaraq bu fraksiya türk dilli deputatların iştirakı ilə millət vəkillərinin türk sakinli bölgələrin problemlərinin həlli istiqamətindəki potensiallarından istifadə məqsədi ilə yaradıldı”.