XƏBƏR LENTİ

26 Yanvar 2021
25 Yanvar 2021

Digər Xəbərlər

31 Oktyabr 2016 - 19:00

Milli Məclis 26 qanunu dəyişməyə hazırlaşır –SİYAHI

meclis02

Milli Məclisin payız sessiyasının növbəti plenar iclasının vaxtı və gündəliyi bəlli olub.

 Bu barədə Modern.az-a açıqlamasında Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu məlumat verib.

 Parlament rəsmisi gündəliyə daxil olan məsələləri açıqlayıb:

“Milli Məclisin payız sessiyasının növbəti iclası noyabrın 11-də keçiriləcək. İclasın gündəliyinə 26  məsələ daxildir”.

Mətbuat katibi iclasda bir sıra qanunlara dəyişiklərin nəzərdə tutulduğunu bildlrib. Bunlar aşağıdakılardır:

– Mülki Məcəlləyə dəyişiklik

– Cinayət Məcəlləsinə dəyişiklik

– Cinayət Prosesual Məcəlləsində dəyişiklik

– Miqrasiya Məcəlləsində dəyişiklik

– İnzibati Xətalar Məcəlləsinə dəyişiklik

– Vergi Məcəlləsində dəyişiklik

– Meşə Məcəlləsində dəyişiklik

– Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik

– “İnvestisiya fondları haqqında” qanuna dəyişiklik

– “Qiymətli kağızlar bazarı haqqında” qanuna dəyişiklik

– “Kommersiya sirri haqqında” qanuna dəyişiklik

– “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik

– “Ətraf mühitin mühafizəsi haqqında” qanuna dəyişiklik

– “Ətraf mühitə dair informasiya almaq” haqqında qanuna dəyişiklik

– “Elektron imza və elektron sənəd” haqqında qanuna dəyişiklik

– “Sahibkar fəaliyyəti haqqında” qanuna dəyişiklik

– “Qiyməti metallar və qiymətli daşlar” haqqında dəyişiklik

– “Sahibkarıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” qanuna dəyişiklik

– “Lisenziyalar və icazələr haqqında” qanuna dəyişiklik

– “Yol hərəkəti haqqında” qanunda dəyişiklik

– “Bədən tərbiyəsi və idman haqqında” qanuna dəyişiklik

– “Dövlət müəssisəsinin səhmdar cəmiyyətinə çevrilməsi qaydaları haqqında” əsasnaməyə dəyişiklik.