XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

01 Noyabr 2016 - 17:41

Rusiyada bütün xalqlar “Rusiya milləti” adı altında birləşdirilir-Putin təklifə razılıq verib

rus-millet

Rusiyada "Rusiya milləti haqda" adlı yeni qanun hazırlamaq  təklif olunub.  

Strateq.az bildirir ki, bunu həmin qanun ideyasının təşəbbüskarı Rusiya Xalq Təsərrüfatı və dövlət idarəçiliyi akademiyasının kafedra müdiri Vyaçeslav Mixaylov TASS agentliyinə deyib:

“Rusiya milləti haqda və millətlərarası münasibətlərin idarə olunması haqda qanun “Rusiya milləti” anlayışını “siyasi həmvətəndaşlıq” kimi müəyyən etməlidir”.

Başqa sözlə, milliyətindən asılı olmayaraq, Rusiya vətəndaşlarının hamısı birlikdə Rusiya millətidir.

Vladimir Putinin sədrliyi ilə Həştərxanda millətlərarası münasibətlər Şurasının iclasında Mixaylov təklif edib ki, Rusiya milləti və millətlərarası münasibətlərin idarə olunması haqda qanun olsun. Bu qanun millətlərası münasibətlər üzrə bütün yenilikləri özündə birləşdirsin. Putin təklifi bəyənib.

Mixaylov TASS-a izah edib ki, Rusiyanın Konstitusiyasında “çoxmillətli xalq” anlayışı izah olunmur, ona görə də hərə öz bildiyi kimi yozur. “Bəliləri hesab edir ki, bu vətəndaş millətidir, bəziləri düşünür ki, bu, millətlərin millətidir. Bununla belə, Dövlət Milli Siyasətinin 2012-ci ildə təqdiqlənmiş Strategiyasında “Rusiya milləti” ifadəsi işlənir”.

Mixaylovun fikrincə, bu Strategiyanın 2025-ci ilə qədər olması, yəni vaxt məhdudiyyəti onun çatışmayan cəhətidir. Ona görə, Rusiya milləti haqda qanun olmalıdır. Onun sözlərinə görə, müxtəlif ölkələrin qanunvericiliyində Britaniya, Amerika, Fransa xalqları anlayışlar var.

Mixaylov deyib ki, qanun ümumi dövlət xəttini cızmalıdır. “Bu, anlayışın izahı olmalıdır: Rusiya milləti təkcə vətəndaş milləti deyil, həm də sivilizasiyanın bir növüdür. Biz Rusiya milləti deyiriksə, bu, dəqiq sərhədləri olan ölkədə həmvətəndaşlıqdır”.

Mixaylov xüsusi vurğulayıb ki, “Rusiya milləti” anlayışında heç bir etnik başlanğıc yoxdur. Bu, sırf siyasi həmvətəndaşlıqdır: Bu halda Rusiya milləti – bütün vətəndaşların birliyidir. Biz vətəndaş millətini və siyasi milləti etnik birliklərlə birləşdiririk”.