XƏBƏR LENTİ

23 Oktyabr 2020
22 Oktyabr 2020

Digər Xəbərlər

02 Noyabr 2016 - 15:52

Məmmədyarov Misir prezidenti iləgörüşüb

Xarici işlər naziri Elmar Məmmədyarov Misirə rəsmi səfəri çərçivəsində Prezident Əbdül Fəttah əs-Sisi tərəfindən qəbul olunub.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, E.Məmmədyarov Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını və məktubunu Misirin dövlət başçısına çatdırıb.

Prezident Əbdül Fəttah əs-Sisi salamlarının və ən xoş arzularının Azərbaycan Prezidenti İlham Əliyevə çatdırılmasını xahiş edib.

Görüşdə beynəlxalq təşkilatlar çərçivəsində iki ölkə arasında əməkdaşlıqdan və qarşılıqlı dəstəkdən məmnunluq ifadə olunub. Əbdül Fəttah əs-Sisi Azərbaycanın tolerantlıq və multikulturalizm ənənələrini yüksək qiymətləndirib və islam həmrəyliyinin vacibliyini qeyd edib. Görüşdə Islam dininin sülh, həmrəylik və tolerantlıq dini olduğu qeyd olunub.

E.Məmmədyarov gələn il ölkəmizdə IV İslam Həmrəyliyi oyunlarının keçiriləcəyini diqqətə çatdırıb və Misir idmançılarını oyunlarda yaxından iştiraka dəvət edib. Ölkəmizin mədəniyyətlər və sivilizasiyalararası dialoqun gücləndirilməsinə verdiyi töhfələri barəsində danışıb.

Görüş zamanı Azərbaycanla Misir arasında iqtisadi sahədə əməkdaşlıq məsələləri müzakirə olunub, enerji sahəsində SOCAR ilə EGPC ilə qurulmuş 6 illik əməkdaşlıq yüksək qiymətləndirilib və bu əməkdaşlığın böyük perspektivlərinin olduğu qeyd olunub.

Görüşdə ikitərəfli əlaqələrin müxtəlif istiqamətlərdə inkişaf etdirilməsi yolları ətrafında fikir mübadiləsi aparılıb.