XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

03 Noyabr 2016 - 11:18

Deputat:“Şəxsən mən ermənilərlə bir yerdə yaşamaq istəmərəm, amma birgə yaşamağa məhkumuq”

elman-memed

“Dağlıq Qarabağda yaşayan sadə insanlarla, ictimaiyyət nümayəndələri ilə görüşlərin keçirilməsi yaxşı olardı”.

Strateq.az bildirir ki, bu sözləri  “Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması» İctimai Birliyinin İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Elman Məmmədov hakim partiyanın saytına müsahibəsində deyib.

Onun sözlərinə görə, uzun illərdir ki,  Ermənistanda «Qarabağ klanı» bu münaqişə üzərində siyasi hakimiyyəti zəbt edib: “Ermənistan bütün sahələrdə fəlakətin, uçurumun astanasındadır. «Qarabağ klanı» nə qədər ki, hakimiyyətdədir, onlar münaqişənin sülh yolu ilə həllinə mane olacaqlar. O cümlədən də, icmaların görüşünə, insanların  yaxınlaşmasına razılıq verməzlər. Çünki cinayətkar rejim  qorxur odur ki, bu görüşlər Ermənistanda siyasi vəziyyəti daha da gərginləşdirəcək.

Deputat ın sözlərinə görə,  Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsinin ölkəmizə son səfəri zamanı Dağlıq Qarabağın azərbaycanlı icması ilə görüşü zamanı Azərbaycanın mövqeyindən razı qaldığını bildirib.  O səmimi olaraq etiraf edib Azərbaycan xalqında erməni xalqına qarşı düşmənçilik hissləri yoxdur. Amma o, Ermənistanda vəziyyətin əksinə olduğunu açıqlayıb.  Xüsusi nümayəndə icma üzvlərinə deyib ki, Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları arasında görüşlərin keçirilməsinə Ermənistan hakimiyyətini razı sala bilmir. Erməni tərəfi bu görüşlərin keçirilməsindən qaçır: “Əslində, mən separatçı rejimin rəhbərliy ilə görüşlərin keçirilməsinin tərəfdarı deyiləm. Görüşlər o zaman məqbul olar ki, torpaqlarımızı işğaldan azad edəcəyik. Belə görüşlərin keçirilməsini də  onlar bizdən xahiş etsinlər.

Gələcəkdə torpaqlar işğaldan azad olunandan sonra ermənilərlə birgə yaşayışa gəlincə E. Məmmədov qeyd edib ki, zamanla hər şey yoluna düşəcək: “Müharibə nəticəsində 30 min şəhid vermişik. Amma nəzərə alsaq ki, dünyada, Avropada nə qədər müharibələr olub, qanlar tökülüb. Bu gün isə Avropa bir ailə kimi yaşayır. Şəxsən mən ermənilərlə bir yerdə yaşamaq istəmərəm, çünki ermənilər doğmalarımı öldürüblər. Amma bu, mənim istəyimdən asılı deyil. Beynəlxalq qayda-qanunlara əməl etməliyik. Birgə yaşamağa məhkumuq. Amma biz Azərbaycan qanunları, Konstitusiyası çərçivəsində bərabərhüquqlu yaşamalıyıq.