XƏBƏR LENTİ

24 Noyabr 2020
23 Noyabr 2020

Digər Xəbərlər

03 Noyabr 2016 - 13:37

Sərdar Cəlaloğlu REAL sədrini müxalifət lideri hesab etmir:“İlqar Məmmədovun liderlik etməyə nə əqli potensialı var, nə də xarakteri..."

serdar-c-22

“İlqar Məmmədov Azərbaycan siyasətində tutulmazdan əvvəl də o qədər də parlaq liderlik ortaya qoymayıb”.

Strateq.az bildirir ki, bu sözləri ADP sədri Sərdar Cəlaloğlu REAL sədrinin cəmiyyətə “müxalifət lideri” kimi təqdim edilməsi cəhdlərini modern.az-a şərh edərkən deyib.

 “O, uzun müddət Etibar Məmmədovun katiblərindən biri olub. O qədər də tanınmış katib olmayıb. Siyasətdən uzaqlaşıb Amerika səfirliyinə işə gedəndən sonra yenidən deputatlığa namizəd kimi siyasətə qayıdıb. Səfirliyin yardımı ilə Amerikada təhsil alan tələbələrdən ibarət REAL təşkilatını yaradıb. Bu baxımdan İlqar Məmmədovun təşkilatçı olması, lider olması ilə bağlı fikirlər mifdən başqa bir şey deyil. Düzdür o həbsxanadadır, həbsxanada olduğu üçün onun haqqında başqa bir söz deyə bilmərik. Amma bir adam həbsxanadadır, çətinlikdədir. Bundan istifadə edib onun üzərinə aid olmayan adı qoymaq da düzgün deyil. Əli İnsanov haqqında da belə fikirlər deyilirdi ki, o çıxsa Azərbaycanı düzəldəcək.  Bütün bunlar hamısı həbsdə olan insanlara diqqəti cəlb etmək üçün atılan addımlardır. Belə çıxır ki, İlqar Məmmədovla bağlı yayılan fikirlər də  onun həbsinə diqqəti artırmaq, bunun daha çox siyasi xarakterli olduğunu dünyaya bildirməkdir. Bu adam guya müxalifətin lideridir, ona görə həbsxanada saxlanılır. Bu tamamilə yanlış fikirdir. İlqar Məmmədovdan daha çox həbsxanada qalan İsgəndər Həmidov, Pənah Hüseynov var”.

 Partiya sədrinin bildirdiyinə görə, Azərbaycanda elə bir siyasi lider yoxdur ki, həbsxanada yatmasın.

 “Bizim heç birimizin haqqında belə fikirlər deyilməyib. İlqar Məmmədovun ümumiyyətlə bizim başa düşdüyümüz kimi liderlik etməyə nə əqli potensialı var, nə də onun xarakteri imkanı var ki, belə bir liderlik etsin. Müəyyən bir qrupun, belə deyək ki, Amerika Səfirliyinin nəzarəti altında olan bir qrupun lideri ola bilər. Çünki o gənclərin çoxu Amerikada təhsil alıb, müəyyən bir Qərb dəyərlərini, Amerikanın dəyərlərini mənimsəmiş adamlardır. Diqqətlə fikir versək onlar da artmır, elə bir qeyri-adi dərəcədə gücləri, potensialları da yoxdur.  Bu baxımdan o fikri bölüşmürəm. Allah onun qapısını açsın. İlqar Məmmədov siyasi məhbusdur. O, Amerikada,  Qərbdə  təhsil almış gəncləri ətrafına yığmasına görə hökumətin qıcığına səbəb olub.

Hökumət də yaxşı başa düşür ki, Avropa və Amerikada təhsil almış gənclərin çoxu xarici ölkələr tərəfindən ciddi şəkildə dəstəklənir. Milli demokratik hərəkatdan çıxan liderlərin hamısı həbsxanadan keçib. İndi təzə çıxanların həbsinə başlanıldı. Azərbaycanda siyasi lider olmaq həbsxanada yatmaqdan keçir. Həbsxanada yatmayan siyasi lider yoxdur. Bu baxımdan İlqar Məmmədov da yeni siyasi lider olduğu üçün həbs edilib. Burda başqa heç nə yoxdur. Mən  o fikirlə razı deyiləm ki,  İlqar Məmmədov potensial liderdir”.