XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

07 Noyabr 2016 - 20:28

Elmar Məmmədyarov:“İtaliya gələn ildən ATƏT üçlüyündə təmsil olunacaq”

elmar

TAP üzrə işlər gündən günə artır və inanırıq ki vaxtında öz fəaliyyətinə başlayacaq.

APA-nın məlumatına görə, bu sözləri Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov deyib.

 O, italiyalı həmkarı ilə energetika sahəsinə müzakirələr apardığını deyib:  “İtaliya gələn ildən ATƏT üçlüyündə  təmsil olunacaq. Hökumətlərarası komissiyanın növbəti iclası barədə də danışdıq. Həmçinin Heydər Əliyev Fondu İtaliyada geniş layihələr həyata keçirir. Bu da çox önəmlidir. İnanırıq ki, bu ay Brüsseldə Avropa İttifaqı strateji tərəfdaşlığa dair mandatı təsdiqləyəcək və biz danışıqlara başlayacağıq. Bu barədə müzakirə aparmışıq. Beynəlxalq təşkilatlarda iki ölkə daim əlaqədədir. İnanırıq ki, bunu davam etdirəcəyik".