XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

08 Noyabr 2016 - 12:36

“Heç bir ölkə Dağlıq Qarabağdakı de-fakto rejimi tanımır” –amerikalı həmsədr

Uorlik

"ABŞ, o cümlədən Ermənistan da daxil olmaqla, dünyada heç bir ölkə Dağlıq Qarabağdakı de-fakto rejimi tanımır".

Bunu  ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik Dağlıq Qarabağdakı qondarma rejimin “Konstitusiya”ya dəyişikliklər etməsinə, separatçı rejimin adını "Arsax Respublikası"na dəyişmək niyyətinə münasibət bildirərkən deyib.

“Ərazi bütövlüyü, öz müqəddəratını təyin etmə və güc tətbiq etməməyi özündə əks etdirən Helsinki prinsipləri əsasında bütün tərəflər üçün danışıqlar yolu ilə həllə nail olmaq istiqamətində işləmək çox vacibdir”, – deyə diplomat bildirib.

APA